Trampın təyyarəsindəki milyarderlər
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
09:40 | 14 may 2025 | Çərşənbə
Məqaləyə 185 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
“Ursa Major”un kimin batırdığı məlum deyil
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
Tramp israr edir ki, NATO ölkələri ümumi daxili məhsullarının (ÜDM) ən azı 5 faizini müdafiəyə ayırmalıdırlar. Bununla belə, bu nisbət görünməmiş investisiya səviyyəsini əks etdirir.
ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Uitaker NATO xarici işlər nazirlərinin bu həftə keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib ki, Tramp administrasiyası Avropa və Kanadadakı müttəfiqlərin bu məqsədə necə nail olmağı planlaşdırdıqlarını eşitmək istəyir.
“Beş faiz bizim məqsədimizdir. Biz istəyirik ki, müttəfiqlərimiz müdafiəyə həqiqi inamla sərmayə qoysunlar”, – Uitaker deyib.
“Bu görüş əvvəlkilər kimi olmayacaq. Beş faiz sadəcə rəqəm deyil, bu, təhlükəsizliyimiz üçün zərurətdir. Alyans ciddi təhdidlərlə üz-üzədir”, – deyən Uitaker bu təhdidlərin nədən ibarət olduğu barədə təfərrüatları açıqlamayıb.
2023-cü ildə Rusiya Ukraynaya qarşı müharibəsinin ikinci ilinə qədəm qoyduğu bir vaxtda NATO liderləri müdafiə büdcələrini ÜDM-in ən azı 2 faizinə çatdırmaq qərarına gəliblər. 32 üzvdən 22-si bu məqsədə nail olub. Yeni hədəfin iyunun 25-də Haaqa sammitində müəyyən ediləcəyi gözlənilir.
Tramp NATO üzvlərinin 5 faiz xərcləmə öhdəliyi götürməli olduğunu iddia edərkən, ABŞ-ın müdafiəyə kifayət qədər pul xərcləməyən ölkələri müdafiə edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb.
Bu yaxınlarda Hollandiyanın Baş naziri Dik Şoff bildirib ki, NATO baş katibi liderlərdən 2032-ci ilə qədər ÜDM-in 3,5 faizini birbaşa hərbi xərclərə, 1,5 faizini isə infrastruktur və kibertəhlükəsizlik kimi dolayı müdafiə xərclərinə ayırmağı xahiş edib. Bu rəqəmlər 5 faizə çatsa belə, NATO-nun ənənəvi hesablama metodunda dəyişikliklərə səbəb ola bilər.
Müddət də təəccüblüdür – yeddi illik hədəf NATO standartlarına görə qısa hesab olunur.
Yeni baş katib Mark Rutte 5 faizlik hədəfi təsdiqləməkdən imtina edib, sadəcə olaraq, “Çox şayiələr var”, – deyib. Bununla belə, Uitaker müdafiə investisiyanın planı təkcə silah sistemlərini deyil, həm də mobillik, infrastruktur və kibertəhlükəsizlik kimi sahələri əhatə etdiyini təsdiqləyib.
“Bu, təkcə tanklar və raketlərlə bağlı deyil. Ancaq bu, hər şeyi əhatə edən bir paket deyil – müdafiə ilə bağlı olmalıdır”.
NATO məlumatlarına görə, hələlik bir çox ölkə üçün 3,5 faizlik hədəfə çatmaq çətin görünür. Keçən il 2 faizlik hədəfə çatan ölkələrin sayı 22 idi. Belçika, Kanada, İtaliya və İspaniya kimi ölkələr hədəfdən geri qaldı. İspaniya buna 2025-ci ildə çatmağı planlaşdırır.
Hətta ABŞ-ın müdafiə xərcləri də 10 il əvvəl ilə müqayisədə azalıb. 2014-cü ildəki 3,68 faizdən 2024-cü ildə 3,19 faizə qədər düşməsi ABŞ-ı müdafiə xərclərini azaldan yeganə NATO ölkəsi edib.
Uitaker bildirib ki, Amerika şirkətləri Avropanın müdafiə sənayesi sərmayələrindən kənarda qalmamalıdır: “ABŞ və digər müttəfiqləri istisna etmək NATO-nun qarşılıqlı fəaliyyət qabiliyyətini zəiflədər, Avropanın yenidən silahlanmasını ləngidər, xərcləri artırar və yenilikləri boğar”.
Keçən ay Avropa Birliyi ABŞ-dan təhlükəsizlik asılılığını azaltmaq üçün müdafiə avadanlığının daha çox hissəsini Avropadan almağa yönəlmiş yeni strategiya elan etdi.