ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
09:26 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 76 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
ABŞ prezidenti Donald Tramp Qətərin rəsmi təyyarə təklifi ilə bağlı müzakirələr zamanı Senatda azlıqların lideri Çak Şumeri tənqid edib.
Donald Tramp Qətərin təyyarə təklifini qəbul etdiyini bildirib və bunu rədd etməyin “axmaqlıq” olacağını vurğulayıb.
Şumer iki gün əvvəl elan etmişdi ki, təkliflə bağlı daha çox məlumat alana qədər Senatın Ədliyyə Departamentinə hər hansı təyinatını bloklayacaq.
“Bu, təkcə açıq-aşkar korrupsiya deyil, həm də ciddi milli təhlükəsizliyə təhdiddir” – Şumer deyib.
Yaxın Şərqə dörd günlük turu zamanı rəsmi “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp Şumer haqda sərt sözlər işlədib: “Bilirsiniz, Şumer fələstinli olub”.
“Onda həmişə bir səhv var. Mən onu çoxdan tanıyıram və nəsə səhv olmalıdır. Özünə inamını tamamilə itirib. Bunun niyə baş verdiyini bilmirəm, amma nəsə yanlışı olur”.
Tramp mart ayında ABŞ-da seçilmiş ən yüksək rütbəli yəhudi senator Şumeri “fələstinli” adlandırmışdı. Daha sonra o, həm müsəlman, həm də yəhudi vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bu sözü təhqir kimi istifadə etdiyinə görə qınanmışdı.
Şumer həftənin əvvəlində baş prokuror Pam Bondi və Ağ Evdən Qətərin Trampa və ya onun biznesinə fayda gətirə biləcək fəaliyyətlərinin araşdırılıb-araşdırılmaması ilə bağlı məlumat tələb etdiyini bildirib.
O əlavə edib ki, təyyarəyə əlavə edilməli olan təhlükəsizlik tədbirlərinin kim tərəfindən təmin ediləcəyi, onların necə maliyyələşdiriləcəyi kimi məsələlərə də aydınlıq gətirilməsini gözləyir.
“Baş prokuror Konqresin təsdiqini tələb edən bir məsələnin niyə Konstitusiyanın pozulması ola bilməyəcəyini izah etmək üçün Nümayəndələr Palatasının və Senatın qarşısına çıxmalıdır”, – Şumer deyib.
***
ABŞ Konstitusiyası federal məmurlara Konqresin icazəsi olmadan xarici hökumətlərdən maddi dəyərli hədiyyələr və ya “mükafatlar” qəbul etməyi qadağan edir.
Ağ Evin mətbuat katibi Karolayn Livitt həftənin ilk günü keçirdiyi mətbuat konfransında jurnalistlərə qanuni detalların “hələ də ütüləndiyini” söyləyib, lakin belə hədiyyələrin həmişə qanuna tam uyğun olaraq verildiyini vurğulayıb.
Tramp bildirib ki, təyyarə prezident kitabxanasına hədiyyə olunacaq.
“Təyyarə mənə yox, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə – Müdafiə Departamentinə verilib”, –Tramp iki gün əvvəl “Truth Social” sosial media platformasında etdiyi paylaşımda yazıb.
“Bu, uzun illərdir uğurla müdafiə etdiyimiz Qətərdən ABŞ-a ianədir”.
Demokratlar kollektiv olaraq xarici ölkədən hədiyyə ideyasına qarşı olsalar da, bir çox respublikaçılar da bundan narahatdırlar.
Respublikaçı senator Coş Hauli, “Prezidentin icraçı təyyarəsi ABŞ-da tikilmiş böyük, gözəl bir reaktiv olsaydı, daha yaxşı olardı”, – deyib.
Senatın respublikaçı üzvü Con Tun, “hədiyyə ilə bağlı müzakirə ediləcək çox detallar var”, – deyib.