ABŞ-nin yaratdığı boşluğu Bakı doldurur? – VİDEO
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
08:58 | 22 may 2025 | Cümə axşamı
Məqaləyə 185 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ prezidenti Donald Tramp Cənubi Afrika prezidenti Kiril Ramafoza ilə Ağ Evdə qonaq olarkən ikisi arasında “soyqırım” müzakirəsi başlayıb.
Bir saatdan çox davam edən görüşün əvvəlində hər iki lider ABŞ-Cənubi Afrika əlaqələrinin yaxşılaşdırılması və ticarətin artırılması kimi əməkdaşlıq sahələrini vurğulayarkən, daha sonra Trampın açıqlamaları gündəmə hakim olub.
ABŞ prezidenti Cənubi Afrikada ağdərili fermerlərə qarşı “soyqırım” həyata keçirildiyini iddia edərək, torpaqlarının zorla əllərindən alındığını və çoxunun öldürüldüyünü iddia edib.
"Cənubi Afrikadan narahat olan bir çox insan var və görüşün bütün mahiyyəti də budur. Amma bizim ABŞ-da sığınacaq axtaran və təqib olunduğunu hiss edən çoxlu insanımız var. Bu təqib və ya soyqırımın davam etdiyini hiss etdiyimiz bir çox yerdən ölkəmizə çoxlu insan gəlir. Onlar əsasən ağ dərili fermerlərdir və onlar Cənubi Afrikadan qaçırlar”, – Tramp deyib.
***
Prezident Ramafoza, ölkənin bəzi bölgələrində təhlükəsizlik problemləri və zorakılıq olduğunu, lakin ağ fermerləri hədəf alan hökumət siyasətinin olmadığını söylədi. Görüş davam edərkən, Tramp Ağ Ev tərəfindən hazırlanan və Cənubi Afrikada ağ fermerlərin öldürülməsi ilə bağlı iddiaların yer aldığı videoçarx nümayiş etdirib.
Öldürülən ağdərili fermerlərin məzarlarını ziyarət etdiyi bölmənin yer aldığı videodan sonra Tramp, "Bunlar elə buradakı qəbir yerlərində yatan 1000-dən çox ağ fermerdir. Onların təxminən 1000-i ağdərili fermerlərdir”, – deyib.
“Soyqırım” iddialarını rədd edən Ramafoza, Trampın ağdərili fermerlərin öldürüldüyü və torpaqlarının əllərindən alındığı iddialarını da rədd edib. Prezident ölkədə “cinayətkarlıq” səviyyəsinin yüksək olduğunu etiraf edib, lakin Cənubi Afrikada qurbanların əksəriyyətinin qaradərili olduğunu qeyd edib.
“Bizim hökumət siyasətimiz burada deyilənlərə tamamilə ziddir. Bunlar konstitusiyamız baxımından mövcud olmasına icazə verilən kiçik bir azlıq partiyasıdır”, – Ramafoza bildirib.
Daha sonra çıxış edən Cənubi Afrikanın Kənd Təsərrüfatı Naziri Con Stinhuisen videodakı ksenofobik ifadələri pislədiyini bildirib.
O, ağdərili Cənubi Afrikalı və müxalifət partiyasından gəldiyini, Ramafoza partiyası ilə koalisiya qurduğunu və Cənubi Afrikadakı “azlıq” ağdərili əleyhdarı qrupları siyasətdən tamamilə aradan qaldırmağa çalışdığını izah etdi.
Tramp Stinhuisenin şərhlərinə, “Bunlar kiçik hərəkatlardan daha çox şeydir, Cənubi Afrikada kifayət qədər böyük hərəkatlar kimi görünür. Ona görə də bunun həlli lazımdır. Əgər həll edilməzsə, bu, bu ölkənin sonu olacaq”, – cavabını verib.
***
Digər tərəfdən, bir jurnalistin “Qətərin ABŞ-a hədiyyə etdiyi təyyarə ilə bağlı”, – sualından sonra Ramafoza Trampa üz tutaraq, “Cənab prezident, sizə verəcək təyyarəm yoxdur”, – deyib.
Cənubi Afrika prezidentinin zarafatı zalda gülüşə səbəb olub.