Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:10 | 23 may 2025 | Cümə
Məqaləyə 173 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yanvarın 20-də vəzifəyə gəldiyi gündən Ukrayna müharibəsinin həllini vasitəçi kimi axtaran ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə son görüşündə Rusiya lideri Vladimir Putinin “müharibəyə son qoymaq istəmədiyini” etiraf edib.
Amerikanın “The Wall Street Journal” qəzetində yer alan xəbərə görə, mayın 19-da Putinlə görüşən ABŞ prezidenti Avropa liderlərinə zəng edərək, “Putin müharibənin bitməsinin tərəfdarı deyil. O, müharibəni qazandığına inandığı üçün atəşkəs elan etmək istəmir”, – deyib.
Xəbərdə Trampın danışıqlarda Rusiya tərəfinin müharibəni istədiyi kimi apardığı təəssüratını yaratdığı və ABŞ prezidentinin Vaşinqtonun müharibənin məsuliyyətini üzərinə götürmək istəmədiyini çatdırdığı iddia edilir. Xəbərə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını istəmədiyini deyən Tramp Avropa liderlərindən birinə “Axı bu mənim müharibəm deyil” deyib.
***
Digər tərəfdən, Finlandiya prezidenti Aleksandr Stabb Rusiya-Ukrayna nümayəndə heyətlərinin gələn həftə Vatikanda yenidən masa arxasına oturmağa hazırlaşdıqlarını açıqlayarkən, ABŞ Senatı da Trampdan asılı olmayaraq hərəkətə keçib. Rusiyaya qarşı yeni sanksiya layihəsini hazırlayan Senatdan səslər yüksəlir: “Putin İstanbulda olduğu kimi Vatikanda atəşkəslə bağlı dalana dirənmə taktikasını davam etdirsə, Trampın fikrindən asılı olmayaraq ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiya qanun layihəsini səsverməyə çıxaracaq”. Qanun layihəsinin Trampın mümkün vetosunu aşmaq üçün Konqresdə kifayət qədər səs toplayacağı da bildirilir.