6 ildə 165 milyon baqaj itib
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
18:57 | 23 may 2025 | Cümə
Məqaləyə 469 dəfə baxılıb
Şriftin ölçüsü
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
2026-cı ildə bəzi aviaşirkətlər xərcləri azaltmaq üçün yarı oturaq səyahətə keçəcəklər. Sistem təhlükəsizlik testlərindən keçsə də, sosial mediada böyük əks-səda aldı.
Ucuz hava yollarının gündəmində olan yeni sistem sərnişinləri ənənəvi oturacaqların rahatlığından uzaqlaşdıraraq, yüngül mailliklə səyahətə yönəldir. “Skyrider 2.0” adlanan bu yarı uzanmış oturacaqlar 2026-cı ildən etibarən iki saatdan qısa uçuşlarda istifadə üçün nəzərdə tutulub.
Yeni dizayn sayəsində təyyarə tutumunda təxminən yüzdə 20 artım hədəflənir. Bu, aviaşirkətlər üçün gəlirliliyin artması və sərnişinlər üçün daha sərfəli biletlər deməkdir.
***
Bu qeyri-adi oturacaq modeli ilk dəfə 2018-ci ildə Hamburqda keçirilən “Aircraft Interiors” Sərgisində təqdim edilib. İtalyan istehsalçısı “Aviointeriors” 2010-cu ildə oxşar konsepti elan etmişdi, lakin təsdiqləmə prosesində uğursuzluğa düçar oldu.
Yeni versiya təkmilləşdirilmiş material keyfiyyəti, möhkəmləndirilmiş birləşmələr və oturacaqların həm damda, həm də döşəmədə bərkidilməsinə imkan verən şaquli dayaqları ilə əvvəlki dizaynlardan fərqlənir. Bu strukturla təhlükəsizlik testlərindən keçib və lazımi təsdiqləri almağı bacarıb.
***
Yeni sistemin ən diqqət çəkən cəhəti oturacaqlar arasındakı məsafənin əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bu, təyyarədə daha çox sərnişin daşımağa imkan versə də, rahatlıq səviyyəsini xeyli aşağı salır.
Sosial mediada tətbiqə reaksiyalar uçqun kimi böyüyüb. İstifadəçilər arasında “Bu, tamamilə qeyri-insanidir. İnsanları insan kimi daşıyın”, “Onlar tezliklə bizi oksigen maskaları ilə qanadlara birləşdirəcəklər”, “Bu, tam bir kölə gəmisi oturma sistemidir” kimi sərt şərhlər diqqət çəkir.