vaxtlı-vaxtında oxuyun! Bazar, 25 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
“Dəmir qübbə”nin lazer variantı 20:11 | 24 may 2025 | Şənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dəmir qübbə”nin lazer variantı

10 kilometrə qədər məsafədən göydə uçan hər şeyi məhv edir

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail “Iron Beam” adlı unikal lazerli hava hücumundan müdafiə sisteminin hazırlanmasında həlledici mərhələyə yaxınlaşır.

Yaxın vaxtlarda sistemin yekun sınaqları planlaşdırılıb və əgər bu sınaqlar uğurla başa çatarsa, artıq 2025-ci ilin son rübündə ilk tammiqyaslı əməliyyatlara başlanacaq.

“Rafael Advanced Defense Systems” və “Elbit Systems” şirkətləri tərəfindən, ABŞ nəhəngi “Lockheed Martin”in iştirakı ilə hazırlanmış “Iron Beam” (“Dəmir şüa”) məşhur “Iron Dome” (“Dəmir qübbə”) kompleksinə lazer əsaslı əlavəni təşkil edir.

Sistem təxminən 100 kilovat gücündə lazerdən istifadə edərək 10 kilometrə qədər məsafədə olan hədəfləri – pilotsuz uçuş aparatlarını, minaatan mərmilərini, raketləri və qanadlı raketləri – məhv edir.