Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:10 | 26 may 2025 | Bazar ertəsi
Məqaləyə 138 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“Putin tamamilə dəli olub. O, çoxlu adam öldürür...”
Tramp ilk dəfə olaraq Putin haqqında sərt danışıb. O, əvvəlcə hava limanında jurnalistlərə açıqlamasında, daha sonra isə sosial mediada Rusiyanın Ukraynaya son raket hücumuna münasibət bildirərkən Putini heç bir səbəb olmadan Ukrayna şəhərlərini atəşə tutaraq dinc sakinləri öldürməkdə ittiham edib. Putinin tamamilə ağlını itirdiyini (absolutely crazy) söyləyən ABŞ prezidenti onun əməllərindən narazı olduğunu deyib.
Tramp Rusiyanın Ukraynanın ayrı-ayrı hissələrinə deyil, bütün Ukraynaya sahib olmaq istədiyini də vurğulayaraq bunu həyata keçirməyə çalışacağı halda Rusiyanın çökəcəyi (downfall) haqda xəbərdarlıq edib. Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmağı düşünüb-düşünmədiyi barədə suala təsdiqedici cavab verən Tramp Zelenskini öz açıqlamaları ilə vəziyyəti mürəkkəbləşdirməkdə qınamağı da unutmayıb.
Trampın Rusiyaya qarşı mövqeyini sərtləşdirməsində Konqresdəki əhval-ruhiyyənin ciddi rolu var. Respublikaçılar Rusiyanın son hücumlarına sərt reaksiya veriblər və Putinin Trampın sülh təşəbbüslərini rədd etməsindən qəzəbləniblər. Respublikaçıların Senatdakı lideri Con Tun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyin vaxtının çatdığını deyib. Layihəyə rekord sayda – 82 senatorun imza atması onun asanlıqla qəbul olunaraq prezident tərəfindən imzalanacağını göstərir. Bununla bərabər, icra hakimiyyəti səviyyəsi də, prezidentin sərəncamları ilə sanksiyaların tətbiqi ehtimalı da var.
Yeri gəlmişkən, Tramp Avropa Birliyi məhsullarına 50 faiz rüsumun tətbiqi barədə qərarını təxirə salıb.