vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 28 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
Kadırov ölür? 14:41 | 27 may 2025 | Çərşənbə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kadırov ölür?

Çeçenistan rəhbəri iddialara cavab verdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Təqaüdə çıxmaq istədiyini açıqlayan Çeçenistan prezidenti Ramzan Kadirovun xəstə olduğu iddia edilib. Çeçenistan lideri “Telegram” kanalında səhhəti ilə bağlı şayiələrə cavab verib.

Çeçenistan rəhbəri bildirib ki, xəstəlik və ölüm hər bir insanın taleyidir. “Haqqımda söz-söhbətlər çoxalıb. Ölürəm, yeriyə bilmirəm. Birincisi, xəstəlik, ölüm hər kəsin sonu. İkincisi, bu, ölüm təhlükəsi deyil. Nə qədər yaşayacağam yalnız Allah bilir. Mənim üçün 50, 60, 70 il yaşamaq yazılıbsa, o müddəti heç kim bir gün də belə qısalda bilməz”, – o deyib.

Kadırov bundan əvvəl də oxşar şayiələri təkzib etmişdi. 2023-cü ildə o, Qroznıda gəzərkən çəkdiyi videonu paylaşıb və internetdə nəyin real, nəyin saxta olduğunu ayırd edə bilməyənlərə açıq havada gəzməyi tövsiyə edib.

Mayın əvvəlində Kadırov prezident Vladimir Putindən tutduğu vəzifədən istefa verməsini xahiş etdiyini və bunun təmin ediləcəyinə ümid etdiyini açıqlayıb.

Lakin o, Kremldəki görüşdən sonra Putindən müsbət cavab almadığını bəyan edib. Kadırov çıxışını “Hələ işləyirik. Ali Baş Komandanın əmri altındayıq”, – deyərək yekunlaşdırıb.