Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:41 | 29 may 2025 | Cümə axşamı
Məqaləyə 179 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Qətər şeyxinin ABŞ prezidenti Trampa bağladığı 400 milyon dollarlıq dəbdəbəli təyyarə müqaviləsi Pentaqonun “biz bunu aldıq” iddialarına baxmayaraq hələ yekunlaşmayıb. Bu gecikmə ona görədir ki, iki ölkə arasında satış hədiyyə kimi göstərilir.
Amerikanın “The Washington Post” qəzetinin iddialarına görə, ABŞ və Qətər hökumətlərini təmsil edən hüquqşünaslar ABŞ prezidenti Donald Trampın rəsmi təyyarə olaraq tələb etdiyi lüks “Boeing 747-8” sərnişin təyyarəsinin təhvil verilməsi üçün razılığa gələ bilməyib.
ABŞ Müdafiə Nazirliyi bu yaxınlarda sövdələşmənin tamamlandığını və təyyarəni aldıqlarını iddia etmişdi.
Mənbələrin bildirdiyinə görə, Qətər rəsmi sənədlərdə təyyarənin təhvil verilməsinin Tramp administrasiyasının təşəbbüsü olduğunun qeyd olunmasında israr edib.
***
Gecikmə Trampın əvvəlcə iki ölkə arasında alqı-satqı olan müqaviləni “hədiyyə”yə çevirmək üçün israrlı səyləri ilə bağlıdır.
Tramp Oval kabinetdə jurnalistlərə təyyarə haqqında danışarkən, “ABŞ Hərbi Hava Qüvvələri üçün gözəl, böyük, möhtəşəm pulsuz təyyarə aldım. Bununla çox qürur duyuram”, – demişdi.
***
ABŞ prezidenti əvvəlcə Qətərin ona əl uzatdığını və lüks təyyarəni pulsuz təklif etdiyini bildirib. Lakin iddialara görə, təyyarə almaqla bağlı Qətərə müraciət edən ilk şəxs Tramp olub. Satışla bağlı müzakirələr daha sonra Qətərin təyyarəni hədiyyə etməyə razı olması ilə yekunlaşıb.
Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, təyyarənin ABŞ-a pulsuz veriləcəyinə heç bir şübhə yoxdur.
***
Kelli “The Washington Post”a, “Prezidentin dediyi kimi, bu, ABŞ Hərbi Hava Qüvvələrinə hökumətdən hökumətə hədiyyə olacaq”, – deyib.
Tramp hətta öz partiyası tərəfindən də tənqid olunsa da, Qətər təyyarənin Trampa şəxsi hədiyyə olmadığını, “hökumətlərarası sövdələşmə” olduğunu iddia edib.