Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:07 | 30 may 2025 | Cümə
Məqaləyə 172 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“Federal məhkəmənin digər ölkələrə tarifləri bloklamaq qərarının yurisdiksiyadan sui-istifadə olduğunu və məhkəmələrin bu məsələdə heç bir rolunun olmamalıdır”.
Ağ Evin sözçüsü Karolin Livitt bu sözləri mətbuat brifinqində ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin prezident Donald Trampın digər ölkələrə rüsum tətbiq edərkən qanuni səlahiyyətlərini aşdığı və bu tariflərin tətbiqini əngəlləyən qərarıını dəyərləndirərkən deyib.
Livitt, Tramp administrasiyasının öz yurisdiksiyasını aşmağın başqa bir nümunəsi ilə üzləşdiyini ifadə edərək, prezident Trampın tam və lazımi qanuni səlahiyyətindən istifadə edərək tarifləri tətbiq etdiyini bildirib.
“Prezidentin bu güclü tariflərin tətbiqi ilə bağlı əsaslandırması hüquqi cəhətdən düzgün idi və sağlam düşüncəyə əsaslanırdı”, – dedi Leavitt.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin hakimlərinin Trampın səlahiyyətlərini qəsb etmək və onun Amerika xalqının ona verdiyi vəzifəni yerinə yetirməsinə mane olmaq üçün məhkəmə səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edən Livitt, “Məhkəmələrin burada heç bir rolu olmamalıdır”, – deyib.
“Bu hakimlər ABŞ-ın dünya səhnəsindəki etibarını sarsıtmaqla hədələyir”.
***
Administrasiyanın bu qərarın ləğvi üçün apellyasiya prosesinin nəticəsinə qədər icranın dayandırılması üçün müraciət etdiyini qeyd edən Livitt, “Ancaq son nəticədə Ali Məhkəmə Konstitusiyamız və ölkəmiz adına buna son qoymalıdır”, – deyib.
Livitt, digər ölkələrin də bu prosesdə ölkələrlə ticarət danışıqlarının davam edib-etməyəcəyi ilə bağlı Trampa güvəndiyini və yəqin ki, məhkəmənin qərarının nə qədər absurd olduğunu gördüklərini bildirib.
Bu davanı qazanmağı hədəflədiklərini vurğulayan Leavitt, “Bu mübarizəni bütün yolu Ali Məhkəməyə aparacağımızı ümid edirik”, – deyib.
Livitt bildirib ki, ABŞ Ticarət Nümayəndəsi (USTR) Ceymison Qrir, ölkələrin danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.
Livitt, ABŞ prezidenti Trampın vergi tətbiq etmək üçün başqa qanuni səlahiyyətlərə sahib olduğuna diqqət çəkərək, “Bu mübarizəni məhkəmədə qazanacağıq və Prezident “Öncə Amerika” ticarət siyasətlərini həyata keçirəcək”, – deyib.