vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ASİYA  
Baş nazirin oğlu ölkəni qarışdırdı 15:40 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazirin oğlu ölkəni qarışdırdı

Dəbdəbəli evlilik təklifi insanların küçələrə çıxmasına səbəb oldu

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Monqolustan baş naziri Oyun-Erdene Luvsannamsrai ailəsinin dəbdəbəli həyat tərzi ölkədə etirazlara səbəb olub. Fəallar baş nazirin istefasını tələb ediblər.

“CNN International”ın məlumatına görə, Monqolustanda etirazlar iki həftədir paytaxt Ulan-Batorda davam edir. Bu gün baş nazir Luvsannamsrai üçün etimad səsverməsi gözlənilir.

***

Ölkədə etirazlara səbəb baş nazir Oyun-Erdene Luvsannamsrainin oğlunun sosial şəbəkələrdəki paylaşımları olub.

Baş nazirin oğlu öz paylaşımlarında kifayət qədər təmtəraqlı evlilik təklifi edib. Yazılarda vertolyot səfərləri, dizayner çantaları, dəbdəbəli avtomobil və bahalı üzük də əks olunub. Baş nazirin imkanlı ailədən deyil, ölkənin kənd yerindən olduğunu əsas gətirərək seçki kampaniyası apardığını nəzərə alsaq, oğlunun bu qədər sərvətə necə sahib olması ilə bağlı suallar verilməyə başladı.

“Oqtsroh Amarha” etiraz qrupundan 28 yaşlı Əminə, “Onların heç bir aşkar gəlir mənbəyi olmadan öz dəbdəbəli yaşayışını, şəxsi səfərlərini və dəbdəbəli həyat tərzlərini nümayiş etdirmələri adi Monqolustan vətəndaşının üzünə böyük bir sillədir”, – deyib.

Təhlükəsizlik səbəbi ilə soyadını vermək istəməyən qadın, etirazların ailənin dəbdəbəli həyat tərzini ifşa edən sosial media paylaşımlarından kənara çıxdığını və bunun da hakim elita ilə adi insanlar arasında artan uçuruma işarə etdiyini söylədi.

***

Monqolustanda belə böyük hiddətə səbəb olan digər amil ölkədə yaşayış bahalaşması və inflyasiya olub. Bundan başqa, əhalinin yarısının yaşadığı paytaxtda çirklənmə insanların reaksiyasını daha da artırıb.

Əminə adlı fəal, “Monqolustanda yaşayış xərcləri çox artıb. Bir çox insanlar yemək, kirayə və digər ehtiyaclarını çətinliklə ödəyə bilirlər və bir çox insanlar aylıq gəlirlərinin demək olar ki, yarısını vergiyə ödəyir. İnsanların çoxu artıq maaşdan maaşa qədər keçinə bilmir. Kredit götürüb, borc götürməklə yaşayırlar”, – deyib.

Monqolustanda fəallar son iki həftədir demək olar ki, hər gün paytaxtın Süxbaatar meydanında hökumət sarayının qarşısına toplaşaraq baş nazirin gəlirlərini və mal-dövlətlərini açıqlamasını və istefasını tələb edirlər.

Baş Nazirlik dəftərxanası CNN-ə bildirib ki, iddialar “tamamilə əsassızdır” və baş nazir Monqolustan qanunlarına uyğun olaraq hər il mütəmadi olaraq öz gəlirlərini və aktivlərini bəyan edir.