
Baş nazirin oğlu ölkəni qarışdırdı
Dəbdəbəli evlilik təklifi insanların küçələrə çıxmasına səbəb oldu
Dəbdəbəli evlilik təklifi insanların küçələrə çıxmasına səbəb oldu
Tanrıdan arzumuz budur ki, bu il Azərbaycana uğur gətirsin
Tanrıdan arzumuz budur ki, bu il Azərbaycana uğur gətirsin
Tanrıdan arzumuz budur ki, bu il Azərbaycana uğur gətirsin
Tanrıdan arzumuz budur ki, bu il Azərbaycana uğur gətirsin
İki həftədir etirazların davam etdiyi Monqolustanda baş nazir Oyun-Erdene parlamentdə etimad səsverməsini itirərək istefa verib.
Oğlunun dəbdəbəli həyat tərzini sosial şəbəkədə paylaşmasından sonra istefa çağırışları və təzyiqləri artan Monqolustan baş naziri Oyun-Erdene Luvsannamsrai dünən parlamentdə keçirilən etimad səsverməsində kifayət qədər səs ala bilməyib. Monqolustan mətbuatında çıxan xəbərlərə görə, baş nazir Oyun-Erdene Luvsannamsrai etimad səsverməsində 44 səs toplayıb. Səsvermədə qalib gəlmək üçün Baş nazirə 64 səs lazım idi.
Oyun-Erdene səsvermədən əvvəl verdiyi açıqlamada səsvermənin ölkədə qeyri-sabitlik yarada biləcəyini və Monqolustan iqtisadiyyatında şok yarada biləcəyini bildirib. Baş nazir açıqlamasında, “İdarəçilik qeyri-sabit olarsa, iqtisadi vəziyyət də pisləşəcək və siyasi partiyalar konsensusa gələ bilməyəcək. Bu, ictimaiyyətin parlament idarəçiliyinə inamını itirməsinə səbəb ola bilər və demokratik parlament sistemimizi çökmə riski ilə üz-üzə qoya bilər” dedi.
Etimad səsini itirərək istefa verən Oyun-Erdene 4 il idi ki, vəzifədə idi və əvvəlki istefa çağırışlarına baxmayaraq vəzifəsində qalmağı bacarmışdı.
Baş nazir bu gün səhər saatlarında tutduğu vəzifədən istefa verib. İstefanı Monqolustanın ABŞ-ın Vaşinqtondakı səfirliyi də təsdiqləyib.
***
Monqolustanda etirazlar iki həftədir paytaxt Ulan-Batorda davam edir. Ölkədə etirazlara səbəb baş nazir Oyun-Erdene Luvsannamsrai-nin oğlunun sosial şəbəkələrdəki paylaşımları olub. Baş nazirin oğlu postlarında kifayət qədər dəbdəbəli evlilik təklifi edib. Yazılarda helikopter səfərləri, bahalı çantalar, dəbdəbəli avtomobil və bahalı üzük də diqqət çəkib. Baş nazir imkanlı ailədən deyil, ölkənin kənd yerindən olduğunu əsas gətirərək seçki kampaniyası apardığını nəzərə alsaq, oğlunun bu qədər böyük sərvətə necə sahib olması ilə bağlı suallar verilməyə başladı.