vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
“Haribo” Avropa qorxulu olub 20:28 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Haribo” Avropa qorxulu olub

Hollandiyadan sonra Belçika və Lüksemburqda marixuanalı konfetləri geri aytarıb

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən həftə Hollandiyada tərkibində marixuana olan kola formalı konfetləri geri çağıran “Haribo”, eyni zamanda Belçika və Lüksemburqda da eyni addımı atıb. İstehlakçılara məhsulu istehlak etməmək və şirkətə qaytarmaq tövsiyə olunub.

Keçən həftə birdən çox insan “Haribo” konfetini yedikdən sonra özünü pis hiss eləmişdi. Hadisə Tvente bölgəsində bir ailənin bir neçə uşaq və bir qadının halsızlaşmasından sonra polisə müraciət etməsi ilə üzə çıxıb. Polis sürətli sınaqda konfetdə marixuana olduğunu aşkar etmiş və vəziyyəti Hollandiya Qida və İstehlak Mallarının Təhlükəsizliyi Təşkilatına (NVWA) bildirdi.

Sözügedən məhsul kilo paketlərində satılan və istifadə müddəti 2026-cı ilin yanvar ayına qədər olan “Haribo Happy Cola F!ZZ” adlı partiyadandır. Geri çağırış yalnız istehsal kodu L341-4002307906 olan paketlərə aiddir.

Eyni şirniyyat partiyasının Belçika və Lüksemburqda da satışda olduğu üzə çıxdıqdan sonra həmin ölkələrdəki məhsullar da geri çağırılıb. Haribo, vəziyyəti "son dərəcə ciddi" qəbul etdiyini söylədi.

***

Belçikada yuxarıda göstərilən məlumatların olduğu paketi olan istehlakçılardan məhsulu aldıqları mağazaya qaytarmaları, məhsulu, o cümlədən qablaşdırma və içindəkiləri, habelə bank hesabı rekvizitlərini aşağıdakı ünvana göndərmələri xahiş olunur:

“HARIBO België bv, Duffelsesteenweg 233, 2550 KONTICH”.

Məhsulu geri qaytaran istehlakçılara alış qiyməti geri qaytarılacaq.

***

Narkotiklərin şirniyyata necə daxil olduğu hələ də aydın deyil. “Noord Holland” polisi hadisə ilə bağlı araşdırma aparır, NVWA isə xüsusilə şirniyyatlarda marixuana qalıqlarının olması ilə bağlı texniki araşdırmaya başlayıb.