
“Risk etmək lazım deyil”
Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na düşüb
Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na düşüb
“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü
Ailəsi barədə danışmağı sevməyən aktyorun qızı atasının soyadından imtina edib?
Səbirsizliklə gözlənilən filmlə bağlı ilk reaksiyalar gəldi
Şon Penn “Oskar” mükafatlı aktrisanı tərifləyib
Tom Kruz: “100 yaşıma qədər dayanmayacam”
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
“Mümkün olmayan missiya”nın sonu mümkündürmü?
“Mümkün olmayan missiya”nın sonu mümkündürmü?
“Mümkün olmayan missiya”nın sonu mümkündürmü?
Hollivuddakı TLC Çin Teatrında keçirilən “Balerina” filminin premyerasında çıxış edən de Ana de Armas Tom Kruzun filmə dəstəyini “inanılmaz” adlandırıb. Məşhur aktrisa Kruzun təkcə “Con Uik” silsiləsinə deyil, ümumilikdə kino sənayesinə dəstəyinə diqqət çəkib.
“Bilirsiniz, o, hər bir filmi dəstəkləyir. O, həqiqətən sənayenin və kinonun yaxşı formada olmasını və insanların kinoteatrlara getməsini istəyir. Biz birlikdə işləyirik və o, “Balerina”ya baxmaq imkanı əldə etdi. O, filmi çox bəyəndi. O, “Con Uik”si də çox sevir”, – de Armas “Variety”ə verdiyi müsahibədə deyib.
“Onun kimisi tərəfindən dəstəklənmək çox özəldir. Ümumiyyətlə, aktyorlar və sənayedəkilər üçün bir-birini dəstəkləmək çox dəyərlidir. Biz birlikdə uğur qazana bilərik”.
Tom Kruz “Mümkün olmayan Missiya – Son hesablaşma” (“Mission: Impossible – The Final Reckoning”) filminin mətbuat turu zamanı “Balerina” səhnə əsəri haqqında parlaq şərhlər etmişdi. 62 yaşlı Kruiz de Armas, Kiyanu Rivs və “Con Uik” filminin (“John Wick”) komandasının göstərdiyi fədakarlıqdan danışdı.
AP-yə danışan usta aktyor, ““Con Uik”... Mən o silsiləni sevirəm və onların etdiklərinə heyranam. Bu cür hekayələri yaratmağın və icra etməyin nə qədər çətin olduğunu bilirəm. İndi də Ananın baş rolda oynadığı “Balerina” gəlir, bu əladır”, – demişdi.
***
Premyerada “Balerina”nın çəkiliş meydançasında öyrəndiklərini bölüşən de Armas risk almağın və “həqiqəti axtarmaq”ın vacibliyini xüsusilə vurğulayıb.
“Deadline”a danışan aktyor, “Həqiqəti axtarmağa, cavablar tapmağa davam etmək çox vacibdir. Nə olursa olsun, öz həqiqətini tapana qədər təslim olmamalısan. Risk et, sonuna qədər get”.
De Armas yeni filmi “Deeper” haqqında da məlumat verib. “Sabahın kənarı” və “Yol rvi” filmləri ilə tanınan “Doug Liman”ın rejissoru olduğu və baş rolda Tom Kruzun oynadığı de Armas, kəşf edilməmiş dərin su çuxurunda dəhşətli qüvvə ilə qarşılaşan astronavtı canlandıracaq.
Yeni layihə üçün artıq intensiv hazırlıq prosesində olduğunu bildirən 37 yaşlı aktrisa “Hələlik sadəcə məşqdir, tamamilə hazırlaşmaqla məşğulam”, – deyib.
***
“Balerina”nın çətin hərəkət səhnələrindən danışan Ana de Armas, yaşadığı fiziki çətinlikləri bu sözlərlə izah edib: “Bütün bədənim ağrıyırdı. Əllərim... Dırnaqlarım qırıldı, üzümü göyərmişdi, boynum tutmuşdu. Amma düzünü desəm, çox əyləncəli idi”.
Silsilənin üçüncü və dördüncü filmləri arasında keçən “Ballerina”, atasının ölümündən sonra qisas almaq istəyən Ruska Roma təşkilatının ənənəsi ilə yetişən qatil Eve Macarronun hekayəsindən bəhs edir.
Balerina iyunun 6-da kinoteatrlara çıxacaq.