Neft ucuzlaşır
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
19:47 | 31 may 2025 | Şənbə
Məqaləyə 131 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
ABŞ müdafiə naziri Pit Heqseth Sinqapurda keçirilən Şanqri-La Dialoqunda “ABŞ-ın Hind-Sakit Okean Təhlükəsizliyi üzrə Yeni Məqsədləri” adlı çıxışı ilə diqqət çəkib.
Çinin güc yolu ilə status-kvonu dəyişdirmək niyyətinin əlamətlərinə diqqət çəkən Heqseth, region ölkələrini buna qarşı birgə hərəkət etməyə çağırıb.
44 yaşlı siyasətçi Asiya-Sakit okean regionunun ən mühüm təhlükəsizlik forumlarından birində mesajlar verib: “Açığını deyim ki, Kommunist Çinin Tayvanı fəth etmək cəhdi həm Hind-Sakit okean, həm də dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq. Biz vəziyyəti asanlaşdırmayacağıq. Çin təhlükəsi realdır və dərhal özünü göstərə bilər”.
ABŞ-ın Çinlə münaqişəyə can atmadığını iddia edən Heqset Pekinin Asiyada hegemon gücə çevrilmək və regionun ən həyati bölgələrinə hakim olmaq məqsədi daşıdığını iddia edib.
O, iddia edib ki, Çin bu məqsədlər üçün ordusunu geniş miqyasda yenidən qurur və boz bölgə taktikası və hibrid müharibə üsulları ilə hərbi gücdən istifadə etmək niyyətini daha da nümayiş etdirib.
Hind-Sakit okeanda da olduqlarını xatırladan Hegset, bu bölgəni “prioritet əməliyyat sahəsi” olaraq gördüklərini deyib.
O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olduğu müddətdə Çinin Tayvanı işğal edə bilməyəcək: “Məqsədimiz müharibənin qarşısını almaq, onu çox baha hala gətirərək sülhü yeganə seçimə çevirməkdir. Biz bunu müttəfiqlərimiz və müdafiə tərəfdaşlarımızla birlikdə yaradacağımız güclü çəkindirmə qalxanı ilə edəcəyik. Biz birlikdə göstərəcəyik ki, sülhə güc yolu ilə necə nail olmaq olar”.
ABŞ-ın bölgədəki müttəfiqləri və tərəfdaşlarının birgə çəkindirmə üçün müdafiə xərclərini artırması lazım olduğunu müdafiə edən Hegset, Donald Trampın NATO müttəfiqlərini müdafiə büdcələrini artırmağa inandırdığını söyləyib: “Asiyadakı müttəfiqlərimiz daha böyük təhlükə ilə üzləşsələr və müdafiəyə daha az pul xərcləsələr də, avropalı müttəfiqlərimizin bunu etmələri mənasız olardı”.
Amerikalı nazir bəyan edib ki, Trampın rəhbərliyi altında ABŞ gələn il tarixdə ilk dəfə olaraq müdafiə xərclərini 1 trilyon dollardan çox artırmağı planlaşdırır.
“Qızıl qübbə” raketdən müdafiə sistemi, 6-cı nəsil gizli döyüş təyyarəsi “F-47”, yeni bombardmançı “B-21”, yeni sualtı qayıqlar, esmineslər, hipersəs silahları və pilotsuz uçuş aparatları ilə dünyanın ən qabaqcıl silahlarına sahib olmağı hədəflədiklərini vurğuladı.
Baş ofisi Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkilatçılığı ilə 31 may-1 iyun tarixlərində Sinqapurda Şanqri-La Dialoqu keçirilir.
Bu il keçirilən 22-ci forumda Asiya-Sakit Okean, Şimali Amerika, Avropa və Yaxın Şərqdən hökumət rəsmiləri, müdafiə nazirləri, hərbi rəsmilər və təhlükəsizlik üzrə ekspertlər iştirak edirlər.