
“Atəş və kül”
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
Ceyms Kemeron Pandora ilə qısa fasilə verir. Məşhur rejissor ən çox satılan “Şeytanlar” romanını böyük ekran üçün uyğunlaşdırır.
Kemeron “Blade Self” və “Half a King” romanları ilə tanınan yazıçı Co Aberkrombinin “Şeytanlar” (“The Devils”) kitabının hüquqlarını özünün istehsal şirkəti “Lightstorm Entertainment” vasitəsilə əldə etdiyini açıqlayıb. Kameron yeni ekran əsərinin ssenarisini romanın müəllifi ilə birlikdə yazacaq.
Qaranlıq və fantastik hekayə olan “Şeytanlar”, Avropanı ət yeyən elflərin işğalından xilas etmək üçün təyin edilmiş canavarlardan ibarət xüsusi bir komandanı izləyir.
***
Kemeron verdiyi açıqlamada 50 yaşlı Aberkrombini illərdir böyük məmnuniyyətlə oxuduğunu və kitablarını səbirsizliklə gözlədiyini bildirib: “Dünyanın təzəliyi və “Şeytanlar”dakı personajlar nəhayət məni kitabın hüquqlarını almağa və onunla əməkdaşlıq etməyə ruhlandırdı”.
Oskar mükafatı alan rejissor, “Avatar: Atəş və Kül filmini tamamlayana qədər bu layihəyə dalmaq üçün səbirsizlənirəm. Bu unudulmaz obrazları canlandırmaq mənim üçün həm sevinc, həm də yeni çağırış olacaq”.
Romanın müəllifi Co Aberkrombi deyib: “Bu qəribə və gözəl kitabı böyük ekrana uyğunlaşdıracaq Ceyms Kemerondan daha yaxşı insan tapa bilmirəm”.
Kitabda kitabxanaçı, canavar, cəngavər və vampir qaniçən elflərin dünyanı işğalının qarşısını almaq üçün birləşirlər. Digər tərəfdən, “Atəş və Kül”, Kameronun Avatar seriyasının üçüncü filminin olaraq dekabrın 19-da təqdimatı olacaq.
Kanadalı rejissor videobağlantı vasitəsilə aprel ayında “Disney”in “CinemaCon” təqdimatına qatılıb və Yeni Zelandiyada filmin çəkilişini tamamladığını bildirdi. Silsilənin üçüncü filmi 21 dekabr 2029-cu ildə kinosevərlərlə görüşəcək.
Keçən il Kemeron həmçinin müəllif Çarlz Pelleqrinonun atom bombasından sonra Xirosimadan bəhs edən “Xirosimanın kabusları” kitabının film hüquqlarını da alıb.
Co Aberkrombi bu yaxınlarda “Netflix”in “Sevgi, ölüm və robotlar” (“Love, Death & Robots”) cizgi antologiyası seriyasının yeni mövsümünün yazıçısı kimi xidmət etdi.