
Fransa ciddi iqtisadi çətinliklərlə üz-üzə
AB Mərkəzi Bankı onu xilas edə bilərmi?
AB Mərkəzi Bankı onu xilas edə bilərmi?
Müxalifət hökuməti düşürmək üçün səs verəcək
Fransada vəfat edən türk qızın müsəlman qəbiristanlığında dəfni üçün məzar yeri verilmədi
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Bayru sentyabrın 8-də vəzifəsindən gedəcək, hökumət iflas edəcək
Orijinalından 10 dəfə balaca olan abidə satışa çıxarıla bilər
ABŞ-ın Fransadakı səfiri Kuşner: “Avropalılar Ukrayna mövzusunda heç bir şey edə bilməyib”
Paris 2026-cı ilin martında müharibə planlaşdırır?
Ən böyük supermarket şəbəkələri “baget”in qiymətini 0,29 avroya endirir
ABŞ səfiri Fransa XİNİ saymadı, çağırışa getmədi
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Fransadan Rusiyaya qınama
İki nəfər həbs edildi
“Hər şeyi boykot edək” çağırışı baş nazirin qənaət tədbirlərinə etirazdır
Makron və hökuməti üçün sonun başlanğıcı
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Fransanın Renn şəhərində sendviç mağazasına Kalaşnikov avtomatı ilə silahlanmış 3 nəfər basqın edib. Mağazada tez-tez narkotik alverinin edildiyi və hücumun səbəbinin də bu olduğu iddia edilib. Hadisə zamanı 4 nəfər yaralanıb. Mağazaya hücum edənlər daha sonra küçənin ortasında polislə toqquşub. Əllərində avtomatlarla atəş açan üç cinayətkar boz rəngli avtomobillə qaçıblar.
Hücumun Villejanda narkotik dəstələri arasında baş verən qarşıdurma ilə əlaqəli olduğu güman edilir. 2025-ci ilin yanvarında da eyni bölgədə silahlı hücumlar olub.
Fransada son vaxtlar narkotik qruplarına görə zorakılıq artsa da, insanlar zərər görəcəyindən qorxduqlarını bildirirlər.
Bələdiyyə sədri Natali Appere, “Mən Daxili işlər naziri deyiləm, amma bu məhəllələrin dəstələr tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün it kimi mübarizə aparıram”, – deyib.
***
Renn şəhərinin Kennedi meydanında yerləşən “Subway” restoranına hücum zamanı 4 gənc yaralanıb. Hadisənin baş verdiyi ərazi uzun müddətdir narkotik alveri ilə əlaqəli olub.
Şahidlərin sözlərinə görə, 3 nəfər avtomat və tapançalarla restorana daxil olub. Hücumçular təsadüfi atəş açaraq içəridəkiləri hədəfə alıblar. Restoranın içərisində 18 və 20 yaşlı iki nəfər güllələnib.
Biri döş qəfəsindən ağır yaralanıb, digəri isə ayaqlarından güllə yarası alıb. Hücum edənlər qaçarkən çöldə olan 23 yaşlı başqa bir oğlan açılan atəş nəticəsində yaralanıb. Dördüncü qurban qaçmaq istəyərkən təcavüzkarların maşınının altında qalıb.
Hadisə zamanı restoranda olan şəhər şurasının üzvü Çarlz Kompanyon “Həyatımın ən böyük qorxusunu yaşadım. Əllərimi başıma qoyub fikirləşdim ki, geri qayıtsalar, hamımız öləcəyik”, – deyib.
Hücum edənlər qaçarkən ətraf ərazilərə atəş açmağa davam ediblər. Onlar boz rəngli “Peugeot 2008” markalı avtomobillə uzaqlaşıblar. Qaçış anlarının görüntüləri sosial mediada sürətlə yayılıb.
Yaralılar Rennes Universitetinin xəstəxanasına yerləşdirilib. “Yaralıların vəziyyəti stabildir və onların həyatları təhlükədə deyil”, – mer Natali Apper deyib.
Hadisədən sonra 4 şübhəli saxlanılıb. Onlardan biri hadisə yerinin yaxınlığında yanmış avtomobildə yaxalanıb. Silah və xizək maskası tapılıb.
***
Bununla belə, Fransada narkotik dəstələri ilə bağlı zorakılıqların qarşısı alına bilmir. 2025-ci il aprelin 13-dən bəri ölkə üzrə ən azı 11 həbsxana avtomatik silahlar hədəfə alınıb və həbsxanaların qarşısındakı avtomobillər yandırılıb.
Toulon-La Farlède həbsxanasına Kalaşnikov avtomatları ilə edilən hücumlardan sonra digər həbsxanalar da hədəfə alınıb. Hücumlar Nanterre, Aix-Luynes, Valence, Villepinte və Tarascon kimi şəhərlərdəki həbsxanalarda avtomobillərin yandırılması ilə davam edib.
Hücumlara görə məsuliyyəti öz üzərinə götürən DDPF (Droits des Prisonniers Français) adlı “Telegram” qrupu həbsxana işçilərinə qarşı təhdidləri ehtiva edən mesajlar yayımlayıb.
Fransa rəsmiləri hücumların hökumətin narkotik ticarətinə və həddən artıq dolu həbsxana şəraitinə qarşı mübarizəsinə cavab olduğunu bildirir.