Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:11 | 4 iyun 2025 | Çərşənbə
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Müdafiə Nazirliyi “USNS Harvey Milk” adlı Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin adını dəyişməyə hazırlaşır.
San-Fransiskolu LGBT hüquqları müdafiəçisi Harvey Milkin adını daşıyan "USNS Harvey Milk" gəmisinə başqa ad veriləcək. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell başqa ad dəyişikliklərinin edilə biləcəyinə işarə edib.
***
“Fox News”un məlumatına görə, Harvi Milkin adını daşıyan gəminin adının dəyişdirilməsi əmrini müdafiə naziri Pit Heqset verib.
Mövzunu ilk olaraq gündəmə gətirən “the Military Times”, Dəniz Qüvvələri Katibliyi Ofisinin dərc etdiyi və hesabatına daxil etdiyi bir memorandumda xəbər vermiş və gəminin adının dəyişdirilməsi planlarının olduğuna rast gəlinib. Müvafiq olaraq, nazir Heqset donanma katibi Con Phelana adının dəyişdirilməsi ilə bağlı tapşırıq verib. “The Military Times”a danışan rəsmi, elanın həm də Qürur ayına təsadüf etmək məqsədi daşıdığını bildirdi.
Xəbərdə istinad edilən sənədə görə, bu addım ABŞ Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində “mədəniyyət dəyişikliyinə” işarə etmək məqsədi daşıyır. Müvafiq olaraq, hər iki dövlət qurumunun mədəniyyəti “Prezident Trampın, nazir Heqsetin və Hərbi Dəniz Qüvvələrinin katibinin döyüşçü mədəniyyətini bərpa etməyə qoyduğu prioritetlərə” uyğunlaşdırılacaq.
***
Pentaqonun baş sözçüsü Çon Parnell, “Fox News”a e-poçtla göndərilən açıqlamada gəminin adının dəyişdiriləcəyi xəbərini inkar etmədi və başqa dəyişikliklərin də ola biləcəyinə işarə etdi.
Katib Heqsetin Müdafiə Nazirliyi ilə əlaqəli bütün adların Trampın prioritetlərini, Birləşmiş Ştatların tarixini və “döyüşçü etikasını” əks etdirməsini təmin etmək öhdəliyinə diqqət çəkən sözçü, “hər hansı potensial ad dəyişikliyi və ya dəyişikliyi daxili qiymətləndirmələrdən sonra ictimaiyyətə açıqlanacağını”, – deyib.
***
“USNS Harvey Milk” bu ad 2016-cı ildə keçmiş Demokratik prezident Barak Obamanın dövründə verilib. İlk səyahətini 2024-cü ildə başa vuran gəmi San Fransiskoya çatıb.
“Harvey Milk” Fondunun məlumatına görə, 1977-ci ildə San-Fransiskoda dövlət vəzifəsinə seçilən Milk ABŞ-da açıq şəkildə seçilən ilk geylərdən biri və insan haqları müdafiəçisi olub. Fond Milkin 1951-ci ildə Hərbi Dəniz Qüvvələrinə qatıldığını, lakin 1955-ci ildə “cinsi oriyentasiyası ilə bağlı rəsmi sorğu-sual edildikdən” sonra ordudan istefa verdiyini bildirdi.
ABŞ administrasiyasının ad dəyişikliyi hərəkəti Demokratlar Partiyasının üzvləri tərəfindən tənqid edilib. Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, “Bizim qalanlarımız Qürur Ayını qeyd edərkən, ümid edirəm ki, Hərbi Dəniz Qüvvələri bu dəhşətli qərarı yenidən nəzərdən keçirəcək”, – deyib.