vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SƏNAYE, AQRAR  
11 milyardlıq anlaşma 07:07 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 31 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

11 milyardlıq anlaşma

“Biontech” xərçəng dərmanı üçün böyük bir müqavilə imzaladı

XALİDƏ

“Biontech”, xərçəng dərmanı BNT327 üçün 1,5 milyard dollar ilkin ödəniş almaq üçün “Bristol Myers” ilə əməkdaşlıq etdi; ümumi sövdələşmə 11 milyard dolları keçə bilər.

Alman biotexnologiya firması “Biontech” ABŞ-ın əczaçılıq nəhəngi “Bristol Myers Squibb” ilə xərçəngin müalicəsində istifadə edilən perspektivli eksperimental dərman “BNT327”ni daha sürətli bazara çıxarmaq üçün strateji tərəfdaşlıq imzalayıb. Müqavilə “Biontech”i milyardlarla dollar potensial gəlirlə təmin edə bilər.

İki şirkət immun sistemini hədəf alan yeni nəsil immunoterapiya sinfi olan “BNT327” adlı antikor əsaslı dərmanın inkişafı və kommersiyalaşdırılması üzərində əməkdaşlıq edəcəklərini açıqladı. Bu ortaqlığın bir hissəsi olaraq, “Bristol Myers Squibb” cari rübdə “Biontech”ə 1,5 milyard dollar ilkin ödəniş edəcək. Müqavilə üzrə ümumi ödəniş məbləği mərhələli hədəf ödənişlərlə 11 milyard dolları keçə bilər.

***

“Biontech”in baş direktoru Uğur Şahin, “BNT327”nin təkcə təkbaşına deyil, digər dərmanlarla kombinasiyada da istifadə edilmə potensialına malik olduğunu bildirib. Dərman hazırda inkişaf etmiş ağciyər xərçəngində birinci dərəcəli müalicə kimi sınaqdan keçirilir və bu günə qədər 1000-dən çox xəstəyə tətbiq edilib. Klinik tədqiqatlar döş xərçəngi, ağciyər xərçəngi və bərk şişləri də əhatə edir. Antikor, xərçəngin immun sistemindən yayınmasına kömək edən “PD-L1” zülalını və şişlərdə damar inkişafını təşviq edən VEGF-A böyümə faktorunu hədəf alır.

***

Şirkətlər inkişaf, istehsal xərcləri və əldə edilən gəlirləri bərabər şəkildə bölüşdürəcəklər. Bristol 2028-ci ilə qədər “Biontech”ə 2 milyard dollara qədər əlavə illik hədəf ödənişlər etməyi planlaşdırır. Bundan əlavə, məhsulun inkişaf, lisenziyalaşdırma və marketinq mərhələlərində əlavə ödənişlər şəklində cəmi 7,6 milyard dollar ödəmək potensialı var.