Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
22:07 | 30 may 2025 | Cümə
Məqaləyə 181 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Çox güman ki, Ukraynanın meydanında hələ də böyük uğur qazanmayan, get-gedə Rus fatehi imicini itirən və reytinqi düşən Putin natamam obrazına rəng qatmaq üçün Hitler planından istifadə edəcək. Məncə, o, böyük səs-küy yaradan yeni ssenarisini işə salacaq və dövlət çevrilişi qondaracaq. “Vaqner”in ötəri qiyamı dərin iz buraxmadı, əksinə, baş verən hadisələr Kremlin təbliğatı fonunda sabun köpüyü effekti yaratdı, üstəlik, bütün bunlar “vəfasız dost” imicli Putinin əleyhinə işlədi.
Yalançı çevriliş ssenarisi Rusiya daxilindəki tərəddüdlərə son qoymaq üçün Putinə yeni şans qazandıra bilər. Öncə, Rusiya tamamilə hərbi rejimə keçid etməklə, xarici düşmənlər siyahısını konkretləşdirəcək, dəqiq ünvanları açıqlayacaq. Daha sonra Putin ikinci cəbhə açmaq üçün hazırlıqlara başlaya bilər. Putin hətta öz ölkəsində ölüm hökmünün icrasına başlamağa şərait yaratmaq üçün qanunlara dəyişikliklər etməklə, məhkəmələrə böyük səlahiyyətlər verə bilər.
Bolşeviklərin lideri Leninin gördüyü işləri bəyənməyən Vladimir Putin adaşına hörmət etməsə də, digər Sovet rəhbərinin, diktator Stalinin sınanmış üsullarından bəhrələnməyi sevir.
Duqinin son vaxtlar tez-tez Kremlə dəvət olunması, bir müddət əvvəl isə Moskvanın və Sankt-Peterburqun hərbi kontingentinin ümumi əhvalının gizli yoxlanışı, həmçinin xüsusi xidmət orqanlarında əməkdaşların sayının artırılması daxili gərginlikdən xəbər verir.
Ayrı-ayrı vaxtlarda iqtidarda təmsil olunan yüksək çinli məmurlarla əlaqə quran Qərb sözçülərinin məxfi danışıqları barədə xarici mediada yayılan xəbərlərdən, hansının yalan və hansının gerçək olduğunu çox yaxşı bilən Putin üçün komandanı birdən dağıtmaq çox böyük faciə ilə nəticələnə bilər. Hələlik isə o, bu komanda ilə işləməyə məhkumdur, ancaq Stalin sayağı “təmizləmə”-yə böyük ehtiyac olduğunu da başa düşür.
Öz sistemində girova çevrilən Vladimir Putin əgər yalançı sui-qəsd planını və yaxud hərbi çevriliş ssenarisini işə salsa, yenə də xilas ola bilməyəcək.
Putin şər saçır, ən iyrənc vasitələrdən belə istifadə etməkdən çəkinmir, lakin o heç zaman əzəmətli və məğlubedilməz Rus Çarına bənzəməyəcək, çünki məğlubiyyətə məhkum olunmuşlar heç vaxt qalib bir lider kimi görünə bilməz.
Bataqlıqda salınmış qədim bir şəhərdə, həm də keçmiş paytaxtda böyüyən Rusiyanın prezidenti Putin artıq bataqlıqda çırpınır...