
Kiyevdə insan itkiləri, Moskvada xaos
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Qərbin NATO məsələsində Kiyevə dəstəyi məhdud olub
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Cəbhəyə “babalar” göndərilir
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
Rusiyanın Ukraynaya ən böyük hava hücumu
İkinci Dünya müharibəsindən bəri ən böyük uşaq oğurluğu
Ukraynanın yeni öldürmə maşını cəbhə xəttində
Ukrayna hökuməti gəncləri rus agentlərindən xilas etməyə çalışır
FTX Zelenskini, ukraynalı generalı və diplomatları öldürməyə çalışıb
Rusiya Şimali Koreya raketləri ilə hücuma keçdi
Ukrayna ordusu Rusiyanın dərinliklərində 5 ayrı hava bazasını hədəfə alıb. Peyk görüntüləri hücum zamanı ona yaxın strateji bombardmançı təyyarənin məhv edildiyini üzə çıxarıb. Müharibədə psixoloji hədd kimi görülən əməliyyat Rusiya mətbuatında öz yerini tapmayıb.
Aylardır öz torpaqlarında işğalçıya müharibə aparan Ukrayna ordusu Rusiya ərazisinin dərinliklərində zərbəli hücum planlaşdırırdı.
Bazar günü uzaqdan idarə olunan Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyada gizləndiyi yerdən çıxarılaraq hücuma keçib. Hücum bitəndə bazalar ən azı onlarla hərbi təyyarə xarabalığına çevrilmişdi.
“Yhe New York Times”ın video və peyk görüntülərinin təhlili hücumun miqyasını ortaya qoydu.
***
Ən azı iki, Belaya və Olenya hava limanları strateji bombardmançı təyyarələr məhv edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ümumilikdə beş bölgədəki bazaları hədəfə alıb.
Sosial şəbəkələrdə paylaşılan videoda Ukraynanın Belaya aviabazasına hücumu aydın görünür.
Görüntülərdə PUA-ların Tupolev “Tu-95” bombardmançısına doğru enməzdən əvvəl baza üzərində ən azı altı təyyarə xəttinə doğru uçması göstərilir.
***
Başqa bir videoda yaxınlıqdakı yük maşınının arxasına quraşdırılmış konteynerlərdən iki PUA-nın buraxılması göstərilir.
Həmin gün çəkilən videolarda PUA-ların olduğu yeşiklərin yandığı görünür.
Ukrayna rəsmiləri bildiriblər ki, pilotsuz təyyarələri daşıyan yeşiklər PUA-lar buraxılarkən özünü məhv etmək üçün hazırlanmışdı.
***
Hava bazasına dəyən zərər peyk vasitəsilə çəkilib. Peyk görüntüləri yeddi strateji bombardmançının tamamilə məhv edildiyini göstərir.
Mütəxəssislər təyyarənin dörd Tupolev “Tu-22M” və üç Tupolev “Tu-95” bombardmançı olduğunu təxmin edirlər.
***
Rusiyanın iki dövlət telekanalı İkinci Dünya müharibəsindən sonra Rusiya hərbi təyyarələrinin bir günlük ən böyük məhvinə məhəl qoymamaqla diqqət çəkib.
Kanallar Ukraynanın dron əməliyyatını cəmi 40 saniyə işıqlandırıb.
Kreml dövlət mediasının Ukraynadakı müharibəsi ilə bağlı mesajlarına ciddi nəzarət edir.
Ancaq “Telegram”da rusiyalı bloggerlər müharibəni daha obyektiv işıqlandırmaq təklif edirlər.
Bazar günü edilən hücumlar Rusiyaya ciddi strateji itkilər versə də, analitiklər hücumların Kremlin hərbi məqsədlərini həyata keçirmək əzmini dəyişmədiyi barədə xəbərdarlıq ediblər.