
Məşhur çipsi markasından qlüten xəbərdarlığı
“Pom-Bär” məhsulları geri çağırılıb
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Bu gün Almaniyanın Köln şəhərində təxminən 20 500 nəfər təxliyə edilir. Təxliyədən sonra mütəxəssislər İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bombanı məhv edəcəklər. Amerika bombaları iki gün əvvəl Deutz bölgəsindəki gəmiqayırma zavodunda tapılıb.
Partlamamış bomba təhlükəsinin davam etməsi səbəbindən 1 kilometrlik ərazidə İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən böyük evakuasiya əməliyyatın keçirilməsi qərara alınıb. Bu çərçivədə ərazidəki evlərin, otellərin, məktəblərin, böyük bir xəstəxananın və əsas qatar stansiyasının boşaldılması tələb olundu.
***
BBC-nin məlumatına görə, Almaniya səlahiyyətliləri evakuasiya etməkdən imtina edən insanların “zəruri hallarda polisin müşayiəti ilə zorla” evlərindən çıxarılacağını açıqlayıb. Ərazidə yaşayan sakinlərə xəbərdarlıq edilib ki, evlərini tərk etməkdən imtina etsələr, onları yüksək cərimələr gözləyir. Eduardus Xəstəxanasında reanimasiyada olan bəzi xəstələr təcili yardımla xəstəxanadan çıxarılıb.
Bomba zərərsizləşdirmə qrupları bu gün biri 1 ton, digərləri isə 500 kq ağırlığında olan iki bombanı zərərsizləşdirməyi planlaşdırır. Bununla belə, ərazidəki hər kəs öz təhlükəsizliyi üçün təxliyyə edilməyincə bomba zərərsizləşdirilməsi prosesinə başlamaq mümkün olmayacaq.
***
Köln şəhərinin Köhnə şəhər (Old Town) (Altstadt) və Deutz rayonlarında evakuasiya işləri səlahiyyətlilərin qapı-qapı gəzərək insanları evlərini tərk etmələrini istəməsi ilə başladı. Mağazalar, restoranlar və digər müəssisələrdən də bu gün bağlı qalmaları istənilib.
Bombanın zərərsizləşdirilməsi üçün evakuasiya əmri həmçinin şəhərin mədəniyyət və incəsənət müəssisələri və muzeyləri, hökumət binaları, 58 otel və 9 məktəbə də təsir edib. Meriya və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş məşhur Köln Kafedralının ətrafı da evakuasiya çərçivəsində müvəqqəti olaraq bağlanıb.
Zərərçəkənlər üçün şəhərdə iki sığınacaq yaradılıb. Səlahiyyətlilər evakuasiya zamanı gedəcək yeri olmayan insanların qala biləcəyi iki mərkəz də açıb. Ərazidə yaşayan sakinlərdən “sakit olmaları”, şəxsiyyət vəsiqələrini və lazımi dərmanları gətirmələri, ev heyvanlarına qulluq etmələri xahiş olunub.
Bölgədəki yolların bağlanması səbəbindən nəqliyyatın hərəkəti də pozulub və bu gün yerli vaxtla saat 08:00-dan etibarən Messe/Deutz qatar stansiyasında bir çox qatar reysləri ləğv edilib.
Köln Bonn hava limanında uçuşlar normal şəkildə davam etsə də, hava limanına qatar və avtomobil nəqliyyatında fasilələrin olacağı gözlənilir.
***
Şəhər rəsmiləri bombaları mümkün qədər tez zərərsizləşdirməyə ümid etdiklərini bildiriblər. Bu mümkün olmasa, bombalar təhlükəsiz şəkildə partladılacaq.
Belə bir partlayışın yaxınlıqdakı binaları dağıtmaması üçün əraziyə qum və suyun daşınması lazımdır.
Hər şey planlaşdırıldığı kimi getsə, ekspertlər bu gün axşama qədər işlərini başa çatdıracaq və Köln sakinləri evlərinə qayıda biləcəklər.
***
Mütəxəssislərin fikrincə, müharibə zamanı Kölnə 1,5 milyon bomba atılıb və onların təxminən 20 faizi partlamayıb. Bu cür partlamayan hərbi sursatlar bu illər ərzində bir neçə evakuasiyaya səbəb olub.
Təkcə 2024-cü ildə şəhərdə 31 bomba tapıldı, bu da 17 ayrı evakuasiyaya səbəb oldu və 36.000-dən çox insana təsir etdi. Bunlara 1 tonluq bomba və bir neçə əl qumbarası daxildir.