
Kreml təyyarə qəzasına biganə qaldıqca ....
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Qərbin NATO məsələsində Kiyevə dəstəyi məhdud olub
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Cəbhəyə “babalar” göndərilir
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
Rusiyanın Ukraynaya ən böyük hava hücumu
İkinci Dünya müharibəsindən bəri ən böyük uşaq oğurluğu
Ukraynanın yeni öldürmə maşını cəbhə xəttində
Ukrayna hökuməti gəncləri rus agentlərindən xilas etməyə çalışır
FTX Zelenskini, ukraynalı generalı və diplomatları öldürməyə çalışıb
Ukraynanın Rusiya strateji təyyarələrinə bənzərsiz pilotsuz uçuş aparatları (PUA) hücumu silah, texnologiya və savaş sahəsində yeni üfüqləri açıb göstərdi.
44-günlük savaşda da PUA-ların rolu misilsiz idi.
Ukraynanın əməliyyatı PUA-ların fərqli gücünü ortaya çıxardı.
PUA-ların cəbhə xəttini keçib rəqib torpağında hansısa obyekti hədəf alması yerinə, elə rəqibin öz torpağında havaya qalxıb yaxınındakı hərbi və strateji obyektləri vurması.
Hələ harada, hansı anbarda, hansı furda (kamiyon), hansı Qazeldə neçə PUA gizlənib, harada yükünü boşaldacaq, bilən yoxdur.
Mümkündür ki, o PUA-ları elə Rusiyanı içində, hansısa gizli yerdə hazırlayırlar, partladıcılar yükləyirlər.
Bir də görəcəksən ki, PUA-lar məsələn, Çeçenistandan, ya Osetiyadan qalxıb uçurlar Rostovdakı obyektləri vurmağa. Kaluqadan Voroneji, Ryazandan Moskvanı vururlar.
PUA-ların başqa silahlardan fərqi odur ki, demək olar hər gün təkmilləşirlər, yeni keyfiyyətlər əldə edirlər, insanın edə bilməyəcəyi, bəzən düşünə bilməyəcəyi işləri görə bilirlər. Daha incə, daha görünməz işləri edə bilərlər. Məsələn, strateji aerodromu bombalamaq yox, onu tamam sağ-salamat ələ keçirmək. Sonra təyyarələri göyə qaldırıb elə Rusiyanın özünü bombalamaq.
Futuristik bir fantaziya deyil bu, yaxın gələcəyin gerçəkliyidir.
Ukraynanın belə zərbələrinin benefisiarlarından biri də Rusiyanın qonşularıdır. Hər halda bu Kremlin imperiya köpünü boşaldır.
Savaşın bugünkü gedişinə birbaşa az təsir edə bilər bu son hadisə. Amma bu, texnoloji geriliyi aydınca görünən və mərmi və cəmdək savaşına güvənən Rusiyanı yaxın vaxtlarda nələr gözlədiyini göstərir.
Yeri gəlmişkən, PUA-lar belə sadələşdikcə, əlçatan olduqca radikal ekstremist və terrorçu qruplar üçün də perspektivlər açılır.
Terrorçuların kalaşnikovdan PUA-lara keçidi baş verə bilər.
Rusiyanın nəqliyyat, kommunikasiya, enerji sistemini, idarəetməni qısa zaman da olsa, lokal da olsa iflic edə biləcək belə əməliyyatlar Kreml üçün ölüm astanası ola bilər.
Yeri gəlmişkən texnoloji müstəmləkəçiliyin bütün zəif ölkələri, toplumları gözlədiyini də demək gərəkdir.