Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:48 | 5 iyun 2025 | Cümə axşamı
Məqaləyə 203 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Ukrayna ilə paylaşdığı mühüm anti-dron texnologiyasını Yaxın Şərqdəki qoşunlarına ötürəcək. “Wall Street Journal”a (WSJ) adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, Ukrayna əsgərlərinin Rusiya pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün istifadə etdikləri raketlərə bağladıqları xüsusi qoruyucular bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki qoşunlarına ayrılacaq.
Bildirilir ki, qoruyucuların Yaxın Şərqdəki Amerika qoşunlarına göndərilməsi əmrini ötən ay müdafiə naziri Pit Heqset verib. Həmçinin bildirilir ki, Pentaqonun qərarı ilə bağlı ötən həftə Senatın Silahlı Qüvvələr Komitəsinə məlumat verilib.
“WSJ”nin təhlili yazır ki, bu addım Donald Tramp administrasiyasının Ukraynanın müdafiəsinə dəstəyini azaltmasının göstəricisidir. Həmçinin şərh edilir ki, qoruyucuların Yaxın Şərqdəki Amerika qoşunlarına ötürülməsi ABŞ-ın Yəməndə İran və Husi yaraqlıları ilə mümkün münaqişələrə hazırlaşdığına işarə ola bilər.
Hesabatda həmçinin xatırladılır ki, Heqset dünən NATO-nun mənzil-qərargahında Avropa müdafiə nazirləri ilə keçirilən görüşdə iştirak etməyib.
Trampın müdafiə naziri Avropalı müttəfiqlərindən Kiyevə hərbi yardımı artırmağı xahiş edərək, Vaşinqtonun prioritetinin Qərbi Sakit Okean olduğunu demişdi.
AntiDron qoruyucuları Kiyev administrasiyasına Trampın sələfi Co Bayden göndərib. Qoruyucular “Advanced Precision Kill Weapon System” (APKWS) adlı texnologiya ilə işləyir. APKWS idarə olunmayan raketləri lazerlə idarə olunan döyüş sursatlarına çevirir. Bu sistem sayəsində raketlər pilotsuz təyyarələrə yaxınlaşarkən müxtəlif partlayıcıları işə salır.
ABŞ Hərbi Hava Qüvvələri də bu qoruyuculardan “F-16” və “F-15E” döyüş təyyarələrinə quraşdırılmış raketlərdə istifadə edir.
Tramp administrasiyasının bu addımı Rusiya-Ukrayna xəttində münaqişələrin yenidən alovlandığı dövrə təsadüf edir. Ukrayna ordusu həftəsonu Rusiyaya qarşı hərtərəfli pilotsuz təyyarə hücumu zamanı beş şəhərdəki hərbi bazaları hədəfə alıb.
Kiyev administrasiyası “Hörümçək toru” adlı əməliyyatda Rusiya 41 təyyarədən ibarət donanmasının təxminən yarısının məhv edildiyini, qalanlarının isə ciddi şəkildə zədələndiyini iddia edib. ABŞ rəsmiləri əməliyyatda 10-a yaxın döyüş təyyarəsinin məhv edildiyini iddia edib. Rusiya lideri Vladimir Putin Ukraynanın əməliyyatına “ciddi cavab” veriləcəyini deyib.