Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:47 | 16 may 2014 | Cümə
Məqaləyə 1740 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Karneqi Mərkəzində verdiyi bəyanat çox önəmlidir. «Trend»in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib.
Diplomat
deyib: «Hesab edirəm ki, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir.
Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin
birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq,
həvəsləndirməkdir».
Səfir
bildirib ki, burada münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6
prinsip öz əksini tapıb: «Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki,
Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana
qaytarılmalıdır».
Onun
sözlərinə görə, həmsədr ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin
etməsi və güc tətbiq etməmə prinsipləri əsasında Dağlıq Qarabağın yekun
statusunun müəyyən olunmasının vacibliyini vurğulayıb.
R.Morninqstar
qeyd edib ki, danışıqların artıq 20 ilə qədər davam etməsi məyusedicidir:
«Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq».
Qeyd
edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda
Karneqi Mərkəzində «Dağlıq Qarabağ: həll yolları» adlı məruzə ilə çıxış edərkən
qeyd edib ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element
durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.