Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:57 | 10 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 274 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinin ötən həftəki telefon danışığından sonra dünən ABŞ və Çinin yüksək səviyyəli nümayəndə heyətləri ticarət müharibəsinə son qoymaq üçün danışıqlara başlayıb.
Dünən Londonda ABŞ və Çin arasında ticarət danışıqlarının ilk raundu başlayıb. Danışıqların bu gün davam edəcəyi açıqlanıb. ABŞ Çinin nadir torpaq elementlərinin daşınmasına qoyulan məhdudiyyətləri yüngülləşdirməyə zəmanət verməsi müqabilində bəzi texnoloji ixrac məhdudiyyətlərini qaldırmağa hazır olduğunu bildirib.
Məsələ ilə tanış olan mənbələrə görə, Tramp administrasiyası çip dizaynı proqramı, reaktiv mühərrik hissələri, kimyəvi maddələr və nüvə materiallarını hədəf alan bir sıra tədbirləri ləğv etməkdə xüsusilə maraqlıdır. ABŞ prezidenti Donald Tramp dünən axşamkı danışıqları dəyərləndirərkən, “Çin ilə münasibətlərimiz yaxşı gedir. Çin asan ölkə deyil. Mən yalnız yaxşı xəbərlər alıram”, – deyib. ABŞ-ın ticarət naziri Hovard Lutnik danışıqların “məhsuldar” olduğunu, maliyyə naziri Skott Bessent isə “yaxşı görüş” olduğunu deyib.
Bununla belə, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett “Nvidia Corp.” tərəfindən istehsal edilən çiplərin bu güzəştə daxil edilməyəcəyini açıqlayıb. Sözügedən güzəştlərdən danışan Hassett, “Çox, çox yüksək səviyyəli “Nvidia” məhsullarından danışmıram”, – deyib və süni intellekt xidmətlərini öyrətmək üçün istifadə edilən “Nvidia H2O çiplərinə qoyulan məhdudiyyətlərin qaldırılmayacağını vurğulayıb. Bununla belə, qlobal bazarlar ticarət müharibəsində gərginliyin azaldığını göstərən və razılaşmanın əldə olunacağına ümid verən bəyanatlarla dolu idi.
“Treasury Partners”dən Riçard Saperşteyn, “Bazarlar tariflərin gecikdiriləcəyi və ilkin elan ediləndən daha mülayim olacağı ilə bağlı fikirdə idi. Biz bazarların başlıqlara həssas qalacağını gözləyirik, çünki ticarət razılaşmaları danışıqlar üçün vaxt tələb edir və hər hansı narahatedici tarif xəbərləri əhəmiyyətli dəyişkənliyə səbəb olacaq”, – deyib.