
Meksika ABŞ-ın sözünə baxır
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ-da istehsalçı inflyasiyası mənfi olub
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Özü dünya turuna çıxıb
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Tariflər, faiz endirimləri və istehlakçı xərcləri gündəmdədir
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Çin İngiltərənin paytaxtı Londonda ABŞ ilə tariflərin artırılması ilə bağlı artan ticarət gərginliyini həll etmək üçün ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
“Sinxua” agentliyinin məlumatına görə, Çinin Beynəlxalq Ticarət Nümayəndəsi Li Çinqanq verdiyi açıqlamada tərəflərin son iki gündə rasional, peşəkar, səmimi və dərin təmaslar apardığını və problemlərin həllində irəliləyiş əldə edildiyini bildirib.
Tərəflərin iyunun 5-də iki ölkə liderləri arasında telefon danışığı və may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş əvvəlki danışıqlarda əldə olunan razılaşmanın həyata keçirilməsi çərçivəsi ilə bağlı prinsipial razılığa gəldiyini vurğulayan Li, “Ümid edirik ki, London görüşündə əldə olunan irəliləyiş Çin və ABŞ arasında etimadın möhkəmlənməsinə, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam və stabil inkişafına töhfə verəcək”, – dedi.
Li danışıqlarda hansı irəliləyişlərin əldə edildiyi barədə ətraflı məlumat verməyib və tərəflərin ölkə liderlərinin təsdiqindən sonra sazişin məzmununu açıqlaması gözlənilir.
Qarşılıqlı tarif artımları səbəbindən artan ticarət gərginliyini həll etmək üçün ABŞ və Çinin başlatdığı danışıqların yeni mərhələsi 9-10 iyun tarixlərində İngiltərənin paytaxtı Londonda keçirilib.
ABŞ tərəfini maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq, ticarət naziri Vanq Vıntao və beynəlxalq ticarət nümayəndəsi Li Çınqqanq təmsil edib.
***
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlamışdı. Çinin cavab verməsi ilə iki ölkə arasında başlayan tarif razılaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini 145 faizə, Çin isə ABŞ-a 125 faiz rüsum tətbiq etdi.
Ticarət gərginliyinin artmasının ardından ABŞ və Çin rəsmiləri mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşdülər və qarşılıqlı gömrük rüsumlarının 90 gün müddətinə azaldılması barədə razılığa gəliblər.
Toplantıdan sonra qərara alınıb ki, mayın 14-dən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 gün ərzində 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumunu 125 faizdən 10 faizə endirsin.
Mayın 30-da verdiyi açıqlamada Tramp Çini Cenevrədə əldə olunmuş razılaşmanın böyük bir hissəsini pozmaqda ittiham edib və bunu Çin prezidenti Si Cinpinlə müzakirə edəcəyini və problemin həll olunacağına ümid etdiyini bildirib.
Vaşinqton Pekinin razılaşmaya baxmayaraq nadir torpaq ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmadığını iddia etdi və buna cavab olaraq, süni intellekt çiplərinin ixracına nəzarət qoydu, çip dizaynında istifadə edilən proqram təminatının Çinə satışını dayandırdı. ABŞ daha sonra Çin Kommunist Partiyasına (ÇKP) bağlı olan və ya kritik tədqiqat sahələrində çalışan Çin universitet tələbələrinin vizalarını ləğv edəcəyini açıqladı.
İyunun 5-də ABŞ prezidenti Tramp və Çin lideri Si iki ölkə arasında qarşılıqlı tarif artımları ilə artan ticarət gərginliyindən sonra ilk dəfə telefonla danışıblar. Bildirilib ki, tərəflər görüş zamanı iki ölkənin nümayəndə heyətlərinin Cenevrədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkləri barədə razılığa gəliblər.