Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:50 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 319 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ prezidenti Tramp İsrailin hücumları ilə başlayan və İranın cavabı ilə davam edən müharibənin 8-ci günündə yeni açıqlama verib. Tramp həftəsonunu keçirdiyi Nyu Cersidə təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırıb.
İsrailin İrana hücumları ilə başlayan münaqişəyə ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı suala isə İsrailin bombardmanlarda yerin altına keçmək imkanının məhdud olduğunu söyləyən Tramp, “Nə olacağını görəcəyik. Bəlkə də buna (müdaxilə) ehtiyac qalmayacaq”, – deyib. “ABŞ İranla danışıqlarda ciddidirsə, İsraildən hava hücumlarını dayandırmasını niyə tələb etmir” sualına Tramp “Məncə, hazırda belə bir tələb irəli sürmək çox çətindir”, – deyə cavab verib.
Münaqişələrdə İsrailin “qalib gəldiyini” bildirən Tramp, “İranın vəziyyəti o qədər də yaxşı deyil”, – deyib.
Danışıqlarla bağlı Tramp, “Ancaq biz hazırıq, istəkliyik və bacarırıq. İranla danışdıq və nə baş verəcəyini görəcəyik. Sadəcə insanların ağlının olub-olmadığını görmək vaxtıdır”, – deyib.
Digər tərəfdən, Tramp avropalıların İranla görüşməsinin heç bir faydası olmayacağını və İranın onlarla danışmaq istədiyini və bunun üçün İrana maksimum iki həftə vaxt verdiyini bildirib.
İranın nüvə silahı əldə etməyə çox yaxın olduğu iddiasını təkrarlayan Tramp, “Onların topladıqları material çox böyükdür. Düşünürəm ki, bir neçə həftə, əlbəttə ki, bir neçə ay sonra nüvə silahına sahib olacaqlar. Biz buna icazə verə bilmərik”, – deyib. Tramp kəşfiyyat agentliklərinin İranın hələ nüvə potensialına çatmadığı ilə bağlı qiymətləndirməsini rədd edərək, “Mənim kəşfiyyat birliyim səhv edir. Bunu açıq deyirəm”, – deyib.
İki ölkə arasında ən son istədiklərinin quru müharibəsi olduğunu deyən Tramp, “İsrail və İran arasında atəşkəsə dəstək verərdim”, – deyib.
Keçmiş konqresmen Matt Qitzinin “həm İsrailə, həm də İrana nüvə müfəttişləri göndərəcək bir razılaşma olarsa, Trampa Nobel Sülh Mükafatını verin” təklifi ilə bağlı sualı cavablandıran Tramp, “Ruanda, Konqo, Hindistan-Pakistan və İbrahim razılaşmaları da daxil olmaqla, sülh üçün bir çox addımlar atmışam. Amma onlar mənə yalnız Nobel mükafatını verməyəcəklər. Çünki bu mükafatı sadəcə liberallara verirlər”, – deyib.