İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:57 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 263 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin gizli bombardmançı eskadrilyasına aid radarda görünmədiyinə görə “Ruh” adlandırılan “B-2” təyyarələri Sakit Okeandakı Quam adasındakı ABŞ bazasına doğru gedir və daha sonra Dieqo Qarsiya adasına köçürüləcək.
Uçuş izləmə məlumatlarına və hava nəqliyyatı idarəsi ilə səsli əlaqəyə əsasən, Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxan 6 ədəd B-2 gizli bombardmançı təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinin Quamdakı bazasına doğru yola düşdüyü bildirilib.
“Fox News” telekanalı məsələ ilə bağlı bildirib ki, “Bombardmançılar Missuridən havaya qalxdıqdan sonra yanacaq doldurublar. Çünki daşıdıqları ağır yüklər səbəbiylə yanacaq çənləri yarımçıq halda havaya qalxıblar. Bu yüklərin bunkerləri məhv edən bomba ola biləcəyi düşünülür”.
***
Mütəxəssislərin rəylərinin yer aldığı xəbərdə “B-2”nin yalnız ABŞ-da olan 2 ədəd 15 tonluq bunker bombası daşıya biləcəyi və bombaların İranın ən güclü nüvə obyekti olan Fordonu hədəf alması üçün kritik ola biləcəyi iddia edilib.
“B-2”lərin növbəti dayanacağı Sakit Okeandakı Dieqo Qarsiya adası hesab edilir. Pentaqon bu məsələ ilə bağlı medianın suallarına hələ cavab verməyib.
***
ABŞ-ın daha əvvəl də Yəməndə İranın dəstəklədiyi husi hədəflərinə qarşı eyni adadan əməliyyatlar keçirdiyi məlumdur və eyni bazadan İranın nüvə obyektlərinin bombalanması üçün istifadə oluna biləcəyi gözlənilir.
İyunun 13-də səhər saatlarında İsrailin İrana qarşı hücuma keçməsi və İranın buna cavab verməsindən sonra Yaxın Şərqdə gərgin proses yaşanarkən, ölkə mediasında ABŞ-ın bu müharibədə iştirak edib-etməyəcəyi müzakirə olunur.