Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
16:46 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 303 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın iddiası təkzib olundu
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
İran-İsrail müharibəsi ballistik raketlərlə davam edir. ABŞ hər an müdaxilə edib İrana zərbə vura bilər. ABŞ ictimai rəyi iki yerə bölünür; biri ABŞ-ın müdaxiləsini dəstəkləyir, digəri isə İraq və Əfqanıstan nümunələrini xatırladaraq mötədilliyi aşılayır. Trampın nə edəcəyi bəlli deyil. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi dini motivlərlə bəzədilmiş açıqlama verib. Hakabi Yaponiyaya atom bombası atan və İkinci Dünya müharibəsinə son qoyan ABŞ prezidenti Trumeni misal çəkərək Trampı İranı vurmağa təşviq edir.
***
ABŞ-İran münasibətlərinin tarixi bu mənzərədən çox fərqli bir ironiyaya işarə edir. İkinci Dünya müharibəsindən sonra İranı Sovetlərə qarşı “cəbhə” kimi görən ABŞ İranın hərbi gücünü və digər infrastruktur imkanlarını artırmaq üçün əlindən gələni etdi. İran mümkün Sovet müdaxiləsinə qarşı gücləndirilməli idi. Bu proqrama nüvə infrastrukturunun yaradılması da daxil idi. Prezident Trumandan sonra İranda ilk nüvə tədqiqatları 1957-ci ildə Eyzenhauer dövründə başladı. “Sülh üçün atomlar” adlı proqram çərçivəsində İran 1958-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv oldu və bir il sonra Tehran Nüvə Araşdırmaları Mərkəzi yaradıldı.
***
İran infrastruktur yaratmağa davam edərkən, ABŞ 1967-ci ildə İrana 5 meqavatlıq nüvə reaktoru hədiyyə etdi. Beləliklə, İran ilk dəfə nüvə reaktoruna sahib oldu. Görünən məqsəd nüvə təbabətində istifadə olunan izotopların istehsalı, xərçəngin diaqnozu və müalicəsi üçün materialların təmin edilməsi və İranın tibbi infrastrukturuna töhfə vermək idi. Tədqiqatlar 93 faiz zənginləşdirilmiş urana çata bilərdi. İllər keçdikcə reaktorların sayı artdı. 1974-cü ildə 20 yeni reaktor tikmək üçün hərəkətə keçən İran həm də uranın zənginləşdirilməsində səlahiyyətli bir Fransız şirkətinin ortağı olmuşdu. Bugünkü müzakirələrin mərkəzində olan Buşehrdəki Atom Elektrik Stansiyası üçün də alman şirkətlərindən dəstək almışdı.
***
1979-cu ildə şah devrildi və Xomeyni hakimiyyətə gəldi. Bugünkü İran rejiminin siyasi və ideoloji qurucusu olan Xomeyni nüvə tədqiqatlarının əleyhinə idi. O, fətva verib və bunun dini baxımdan ziddiyyətli olduğunu və nüvə tədqiqatlarını qadağan etdiyini bildirib. O, nüvə tədqiqatlarını “tullantı” adlandırıb. Lakin bu araşdırmaların əsasını təşkil edən Avropa şirkətləri artıq rejim dəyişikliyi səbəbindən bütün nüvə sazişi tərəfdaşlıqlarını ləğv etmiş və İrandan çəkilmişdilər. Bununla belə, nüvə mühəndisliyi və reaktor fizikasında da ciddi bir yığılma yaranmışdı. İran qısa müddət sonra nüvə tədqiqatlarına yenidən başladı. Rusiya, Çin, Pakistan və Şimali Koreya kimi ölkələr onun yeni tərəfdaşları olub. 2000-ci illərdə İran artıq nüvə silahı istehsal edə bilənlər liqasına daxil olmuşdu.