Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:39 | 22 iyun 2025 | Bazar
Məqaləyə 180 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp İranın üç nüvə obyektinə edilən hücumdan sonra kameralar qarşısına keçib: “İran indi barışmalıdır. Əgər bunu etməsə, gələcək hücumlar daha böyük olacaq”.
ABŞ İsrail-İran müharibəsinə onuncu günündə qoşulub və İranın nüvə obyektlərinə zərbələr endirib.
Hücumdan saatlar sonra ABŞ prezidenti Donald Tramp öz işçiləri ilə kameralar qarşısına keçərək xalqa müraciət edib.
İranın nüvə obyektlərinə zərbə endirməkdə məqsədin “İranın nüvə zənginləşdirmə imkanlarını məhv etmək və nüvə təhlükəsini və terrorizmin dünyanın bir nömrəli sponsoru olan dövlətin yaratdığı nüvə təhlükəsini dayandırmaq” olduğunu iddia edən Tramp qısaca bunları söyləyib.
***
– “Bir müddət əvvəl ABŞ hərbçiləri İran rejiminin üç mühüm nüvə obyektinə – Fordo, Natanz və İsfahana irimiqyaslı dəqiq hücumlar həyata keçirdi”.
– “Bu gecə dünyaya deyə bilərəm ki, hücumlar möhtəşəm hərbi uğurdur”.
– “İranın əsas nüvə zənginləşdirmə obyektləri tamamilə məhv edilib”.
– “Yaxın Şərqin tiranı olan İran indi sülh bağlamalıdır”.
– “İran sülh bağlamasa, gələcək hücumlar daha böyük olacaq”.
– “İran “Amerikaya ölüm, İsrailə ölüm” deyirdi. Çoxdan qərar verdim ki, buna icazə verməyəcəyəm”.
– “Baş nazir Benyamin Netanyahuya təşəkkür etmək və təbrik etmək istəyirəm. Biz İsrail üçün bu dəhşətli təhlükəni aradan qaldırmaq üçün uzun bir yol qət etmişik”.
***
– “İranda ya sülh olacaq, ya da son səkkiz gündə şahidi olduğumuzdan qat-qat böyük faciə olacaq”.
– “Unutmayın, daha çox hədəf var. Bu gecə onların arasında ən çətin, bəlkə də ən ölümcülünü məhv etdik. Amma sülh dərhal gəlməsə, biz dəqiqlik, sürət və bacarıqla digər hədəfləri təqib edəcəyik.”
– “Dünyada bu hücumu edə biləcək ikinci ordu yoxdur”.
– “Demək istəyirəm ki, biz Tanrını sevirik və böyük ordumuz onları qoruyur. Tanrı Yaxın Şərqə kömək etsin. Tanrı İsrailə, Amerikaya kömək etsin”.