ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
15:11 | 22 iyun 2025 | Bazar
Məqaləyə 76 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
İsrailin İrana hücumu ilə başlayan və İranın cavab hücumları ilə davam edən müharibəyə ABŞ da qoşulub. ABŞ prezidenti Donald Trampın İrandakı üç nüvə obyektini vurduqlarını açıqlaması həm öz ölkəsində, həm də bütün dünyada böyük təsir bağışlayıb.
***
ABŞ-ın “The New York Times” qəzeti “Tramp İranı bombalamaq qərarı ilə ABŞ-ı Yaxın Şərq münaqişəsinə soxdu” başlıqlı qiymətləndirməsində ABŞ-ın İrandakı 3 nüvə obyektini bombalayaraq İsrailin müharibəsinə qoşulduğunu və hazırda İranın cavab tədbirinə hazırlaşdığını yazıb.
Trampın 2024-cü ilin noyabr seçkilərindən əvvəl “ölkəsini xarici müharibələrdən kənarda saxlamağa” söz verdiyini xatırladan Trampın müşavirlərindən biri NYT-yə deyib ki, Tramp bu hücumları xüsusi olaraq “məhdud hərəkətlər” kimi təsvir edib.
İranın yüksək vəzifəli şəxslərinin ABŞ-ın bu ölkənin müharibəyə qarışacağı təqdirdə qisas alacağını bəyan etdiyini xatırladan NYT, “ABŞ-ın hərbi bazaları və regiondakı digər maraqlarının İran raketlərinin əhatə dairəsində olduğunu”, – şərh edib.
***
Almaniyanın həftəlik “Der Spiegel” siyasi jurnalı “Trampın müharibəsi” başlıqlı məqaləsində ABŞ-ın İrana hücumlarını işıqlandırıb. Hesabatda “ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə bombalı hücumlarla ölkəsini yeni Yaxın Şərq müharibəsinə sürükləyib. Bununla belə, o, böyük risk də götürüb”, – kimi dəyərləndirməyə yer verilib.
Trampın “Yeni müharibələr olmayacaq” sözünü verdiyini xatırladan xəbərdə Trampın ABŞ-ı yeni müharibəyə sürüklədiyi şərh edilib. “Bu, tarixi əhəmiyyət kəsb edən bir məqamdır” deyən xəbərdə bu ifadələr işlədilib: “Bu an Trampın prezidentliyini yaxşı və ya pis şəkildə formalaşdıracaq. Digər tərəfdən, Trampın son zamanlar artan böhran və tənqidlərlə mübarizə apardığı faktından diqqəti mütləq yayındıracaq”. ABŞ prezidentinin sosial mediada hücumlarla bağlı paylaşımlarına da diqqət çəkən xəbərdə bunun “Trampın ilk şəxsi müharibəsi olduğu və bunu sosial mediada apardığı” ifadə edildi. Trampın yazılarının bir gəncin tonunda və üslubunda olduğuna diqqət çəkən xəbərdə “Hər şey şəxsi, şişirdilmiş, emosiya və diqqət aclığı ilə doludur... Adətən əyləncəlidir, lakin bu dəfə ekzistensial və həqiqətən qorxuludur”.
***
Fransanın “France 24” xəbər saytı “İranı bombalayan Tramp, diplomatiya əvəzinə gücdən istifadə etməyə stavka etdi” başlıqlı qiymətləndirməsində ABŞ-ın İranla münaqişəsinin çox vaxt “kölgədə qaldığını” və ABŞ siyasətçilərinin çox vaxt istəmədən diplomatiyaya üstünlük verilməsinə inandıqlarını qeyd edib.
ABŞ prezidenti Trampı hücum əmri ilə həvəsləndirən İsrail kimi ABŞ-ın da münaqişəni üzə çıxardığı şərhinin yer aldığı xəbərdə nəticələrinin bir müddət aydın olmayacağı diqqət çəkib.
ABŞ kəşfiyyatının İranın nüvə bombası yaratmadığı qənaətinə gəldiyini xatırladan xəbərdə İran əsilli isveçli yazıçı və fəal Trita Parsinin də fikirləri yer almışdı və Trampın “İranın 5-10 il ərzində nüvə silahına malik bir dövlətə çevrilməsi ehtimalını artırdığına” diqqət çəkilib. “Quincy” Dövlətçilik İnstitutunun icraçı direktorunun müavini olan Parsi, “Biz strateji uğuru taktiki uğurla qarışdırmayacağımıza əmin olmalıyıq”.
Trampın özünü barışdırıcı kimi göstərdiyini və İranla nüvə anlaşmasına nail olmaqdan ümidli olduğunu dediyini xatırladan “France 24” İsrailin baş naziri Benyamin Netanyahunun İrana hücumu zamanı Tramp administrasiyasının İranla yeni danışıqlara hazırlaşdığını qeyd edib.
“France 24”-ün hesabatında fikirləri yer alan Müdafiə Prioritetlərinin hərbi təhlil direktoru Cennifer Kavanağ bunun “Trampın qəfil U-dönüşünə səbəb olduğunu” qeyd edərək, “Trampın öz diplomatik səylərini kəsməsi də orta və ya uzunmüddətli perspektivdə İranın razılığa gəlməsini xeyli çətinləşdirir”.
***
Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyi də ABŞ-ın İrana hücumlarını təhlil edərkən “İrana hücumlar Trampın ən böyük, ən riskli xarici siyasət qumarıdır” başlığını da yerləşdirib. “Reuters” qeyd edib ki, Tramp “İranın nüvə obyektlərinin bombalanması əmri vermək üçün görünməmiş bir qərar verib” və Tramp həm də hərbi baxımdan böyük bir xarici müharibədə iştirak edib, halbuki o, savaşdan uzaq duracağını demişdi.
Təhlildə ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun “Trampın prezident kimi iki müddət ərzində ən böyük xarici siyasət qumarı” və sözügedən qumarın “risklərlə və müəmmalarla dolu” olduğu bildirilib.