İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
17:19 | 22 iyun 2025 | Bazar
Məqaləyə 364 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Hər şey “plan üzrə” gedir. İsrailin təhlükəsizliyini təmin etmək ABŞ-ın Böyük Orta Şərq regionundakı siyasətinin təməl vəzifələrindəndir. Vaşinqtondakı azömürlü administrasiyaların cari prioritetlərindən asılı olmayaraq, bu bölgəyə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılan uzunmüddətli strategiya var. CENTCOM sırf hərbi və kəşfiyyat xarakterli işlər görmür, siyasi-diplomatik müstəvilərdə də fəaliyyət göstərir. Strategiyanın əsas istiqaməti ondan ibarətdir ki, geniş Orta Şərq bölgəsində İsrailə təhdid yaradan hər hansı dövlət və qeyri-dövlət aktor mövcud olmamalıdır. Bu cür dövlətlər zəiflədilir və (və ya) çökdürülür.
İran öncə Səddam rejiminin süqutunun, sonra “ərəb baharı”nın yaratdığı fürsətlərdən bölgədə öz nüfuzunu yaymaq naminə yararlansa da, bunun qısamüddətli fürsət pəncərəsi olduğu, əvvəl-axır qapanacağı və İranın özünün hədəfə çevriləcəyi aydın idi. Nəticədə İraq, Liviya və Suriyadan sonra növbə İrana çatdı.
Gördüyümüz kimi, “Rusiya və Çin İrana hücum edilməsinə imkan verməz, 3-cü dünya savaşı başlayar” kimi fikirlər əsassız, “Pakistan söz verib ki, öz nüvə gücü ilə İranın arxasında olacaq” iddiaları isə gülünc idi. İran yalnızlığa məhkum durumdadır.
Növbənin yetişməsi İranda dərhal rejim dəyişikliyi olacağı, yaxud ölkənin tezliklə dağılacağı anlamına gəlməz. İsrail və ABŞ bombardmanları nəticəsində İranın nüvə proqramının tamamilə məhv edilib-edilmədiyi də xüsusi vacib məsələ deyil. Bu, təfərrüatdır. Önəmli məqam budur ki, İranın “zirehi” dəlindi və ona toxunuldu. Məsələnin çətin olan tərəfi (İranın düşmənləri üçün) məhz bu idi və bu psixoloji baryer aşılmış oldu. Əgər düşmən təyyarələri ölkəniz və paytaxtınız üzərində demək olar ki, maneəsiz uçursa, bu o deməkdir ki, sizin bundan sonrakı taleyiniz onun insafına qalmış olur. Sabah müharibə dayansa belə İsrail (hökumətdə kim olursa olsun) İranın toparlanmasına imkan verməməyə çalışacaq və özü üçün təhlükə hiss etdiyi anda nöqtə əməliyyatlara, aviazərbələrə davam edəcək. Belə bir vəziyyət – əgər bütün tərəfləri qane edəcək bir razılaşma imzalanmasa – rejimin tədrici deqradasiyası üçün zəmin yarada (İraq və Suriyadakı kimi illərə yayılmış şəkildə), ehtimal olunan kütləvi xalq etirazları isə rejimin iflası yolunda katalizator rolunu oynaya bilər.
Ümid etmək istərdim ki, İranda hadisələr Suriya ssenarisi üzrə inkişaf etməz, çünki bu, ilk növbədə İrandakı soydaşlarmız və dost xalqlar, digər tərəfdən isə bütün bölgə üçün faciəli nəticələrə gətirib çıxaracaq. Amma əlbəttə ki, praqmatik yanaşma və strateji ağılla hər cür ssenariyə hazır olmaq lazımdır.