
Rejimin süqutu mümkündürmü?
“Nəzəri cəhətdən yaxşı görünsə də, praktikada bu, real deyil”
“Nəzəri cəhətdən yaxşı görünsə də, praktikada bu, real deyil”
“Biz ABŞ-la problemləri beynəlxalq çərçivədə həll etməyə hazırıq”
İsrail və İran arasında atəşkəsə vasitəçilik edən ABŞ prezidenti Sülh Mükafatını qazana bilər
Tramp: “Bunu reallaşdırmaq mənim üçün böyük şərəf idi”
Məhəmməd Rza Sadiqi İsrailin hücumu nəticəsində həlak olub
ABŞ-ın İrana hücumu Avropanın sarsıdıb
Bəs Xameneyi haradır?
İranın məşhur Evin həbsxanasında dağıntı və itkilər var
Tramp: “Düşünürəm ki, atəşkəsi hər iki tərəf pozub”
İsrailin hücumu zamanı yüksək rütbəli kəşfiyyatçı həlak olub
“Netanyahu Ağ Evə çağırılandan sonra İran planı gecikdirilib”
Meloninin “Avropa Ordusu” bəyanatı
İsrailin Evin həbsxanasına hücumu nəticəsində ölən və yaralananlar var
“Daha yaxşı həyata nail olmaq mümkün deyil”
Tel-Əviv İranın müqaviləni pozduğunu iddia edir, qarşı tərəf ittihamları rədd edir
İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndi
İsrail-İran müharibəsində atəşkəs əldə olunduğu gün Hollandiyanın Haaqa şəhərində NATO liderlərinin iki günlük tarixi sammiti başlayır. Trampın kəskin şərhlərinin yer alacağı görüş müdafiə üçün pul tapmaqda çətinlik çəkən Avropanın taleyini müəyyən edəcək.
NATO-nun baş katibi Rutte sammitdən əvvəl verdiyi açıqlamada, “Türkiyənin çox böyük bir müdafiə sənayesi bazası var. Türkiyənin müdafiə sənayesi bazasının İngiltərə, Norveç və AB ilə mümkün qədər sıx bağlı olmasını təmin etməliyik”, – deyib.
32 müttəfiqin yeni müdafiə büdcəsi ilə bağlı razılığa gəlməsi gözlənilir. Bununla belə, İspaniyadan əks hərəkət gələ bilər. Pedro Sançes hökuməti NATO-nun hər bir ölkənin ümumi daxili məhsulunun 5 faizini müdafiə ehtiyaclarına xərcləməklə bağlı yeni hədəfini “ağılsız” adlandırıb. Tramp isə bu rəqəmdə israrlıdır. Qərarın təsdiqlənməsi üçün 32 ölkənin hamısının razılığı tələb olunur.
NATO rəqəmlərinə görə, rəsmi Madrid keçən il müdafiəyə ÜDM-in 2 faizindən azını xərcləyib və bununla da İspaniya alyansın ən az xərcləyən ölkəsi olub, Kanada isə 1,45 faiz xərcləyib.
Sammitə Türkiyənin dövlət başçısı Ərdoğan və ABŞ prezidenti Donald Tramp da qatılacaq. Ukrayna lideri Vladimir Zelenski “Sky News”a deyib ki, sammitdə Trampla görüşməyi planlaşdırır.
Avropalı müttəfiqlər və Kanada Ukraynanın sammitin gündəmində əsas yer tutmasını istəyir, lakin onlar Trampın Zelenskinin diqqət mərkəzində olması istəyinə biganə qalacağına düşünürlər.
***
Görüş Trampın ikinci prezidentliyinin ilk NATO sammiti olacaq. Keçmişdə Tramp müttəfiqlərinin müdafiə üçün ABŞ-a güvənməsi ilə bağlı qəzəbli açıqlamalar verib. Avropa liderləri indi Trampı ABŞ qoşunlarını və hərbi dəstəyini qitədən çıxarmamağa inandırmağa çalışacaqlar.
“Tramp Ağ Evə qayıtdıqdan sonra Avropa ilə münasibətlər çox gərginləşib. Cəmi bir neçə həftə əvvələ qədər biz onun bu sammitdə iştirak edib-etməyəcəyinə belə əmin deyildik. Trampın iştirak etməməsi fəlakət olardı, çünki Rusiya və Çin Avropanın gücünü itirməsini gözləyirlər”, – adının açıqlanmasını istəməyən yüksək səviyyəli diplomat BBC-yə deyib.
***
NATO-nun baş katibi Mark Rutte bütün sammiti Trampın ətrafında cərəyan etmək üçün dizayn edib. Baş katib müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaqla Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa hazır olduqlarını göstərməyə çalışıb. Eyni zamanda o, Trampla müttəfiqləri arasında hər hansı bir gərginliyin yaşanmaması üçün tədbirlər görüb.
Avropa ölkələrinin müdafiə xərclərini 5 faizə qədər artıracağını təmin edən Tramp bu baxımdan Hollandiyaya qələbə ilə gedir. Bu arada Avropa NATO ölkələri müdafiə xərclərini artırmaq üçün pul tapmaqda çətinlik çəkir. Lakin onlar böyük hərbi və nüvə dövləti olan ABŞ-ı Avropada qalmağa inandırmalıdırlar.
ABŞ-ın sammitdən sonra Rusiyanı NATO üçün ən böyük təhlükə kimi xarakterizə edən bəyannaməyə imza atıb-imzalamayacağı məlum deyil. Tramp indiyədək Moskvaya qarşı yumşaq mövqe tutub və Rusiya prezidenti Vladimir Putinlə münasibətləri yaxşılaşdırıb.
***
ABŞ-ın İtaliya, Belçika, Almaniya və Hollandiyada nüvə silahı var. Onun Avropada müharibəyə hazır 100.000 əsgəri var. Onlardan 20 mini Şərqi Avropadakı NATO ölkələrində yerləşdirilib.
Almaniya və Polşa qarşıdakı illərdə hərbi potensialını artırmağı planlaşdırır, lakin Avropa ölkələri hələ də kəşfiyyat məlumatlarının toplanması, müşahidə, hava qüvvələri və komandanlıq və nəzarət kimi kritik sahələrdə ABŞ-ın dəstəyinə ehtiyac duyurlar.
BBC-nin məlumatına görə, ABŞ-dan Ukraynanın müdafiəsi üçün yeni maliyyə vəsaiti olmaya bilər. Şərqi Avropadakı 20 min ABŞ əsgəri də geri çəkilə bilər.
***
Qitədə 178 müxtəlif silah sisteminin olduğu və onların bir-biri ilə inteqrasiya olunmadığı məlumdur. Bu, bu sammitin mövzularından biri olacaq.
Nəticə əsasən Trampın mövqeyindən asılı olacaq. ABŞ-ın NATO-dakı səfiri bildirib ki, bu sammit “tarixi” olacaq.
BBC-nin danışdığı digər yüksək səviyyəli diplomat bunun soyuq müharibədən sonra NATO-nun ən mühüm sammiti ola biləcəyini deyib: “Bu gündən etibarən Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıya bilər”.