Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
23:33 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 217 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
ABŞ prezidenti Donald Tramp idxal edilən misə 50 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Yeni tariflərlə yanaşı “BRİCS” ölkələrinə qarşı sanksiyaların da gündəmdə olduğunu bildirən Tramp, ““BRİCS” dolları məhv etməyə çalışır, buna icazə verməyəcəyəm” deyib.
Tramp Ağ Evdə keçirdiyi kabinet iclasında iqtisadiyyatla bağlı açıqlamalar verib. Dərman tarifləri ilə bağlı tezliklə açıqlama verəcəklərini ifadə edən Tramp, ABŞ-da istehsala başlamaq üçün şirkətlərə 1-1,5 il vaxt verəcəklərini qeyd edib.
Tramp, “Bu müddətin sonunda, 200 faizlik çox yüksək gömrük rüsumuna məruz qalacaqlar”, – deyib.
Daha əvvəl polad, alüminium, taxta-şalban və avtomobil kimi sahələrdə sektor tarifləri elan etdiklərini xatırladan Tramp, mis idxalına gömrük rüsumlarını bu gün açıqlayacaqlarını bildirib.
Misə tarif dərəcəsi ilə bağlı suala Tramp, “Bunu 50 faizlə edəcəyik”, – deyib.
Tramp həmçinin tezliklə çiplərə tarifləri açıqlayacağını da qeyd edib.
***
Tramp, Avropa Birliyinə (AB) tarif məktubu göndərməyə yəqin ki, iki gün qaldıqlarını və məktubların həm də ticarət razılaşması olduğunu bildirib.
ABŞ prezidenti Tramp ölkələrə göndərdikləri məktublarda “25 faiz, 35 faiz ödəyirsiniz” dediklərini bildirib. Bununla belə, yüksək ticarət kəsiri olan bəzi ölkələr və onlara ticarətdə pis münasibət bəsləyən ölkələr yüzdə 60, 70 faiz dərəcələri ilə üzləşə bilər.
Tramp həmçinin “BRİCS” üzvlərinin əlavə 10 faiz gömrük rüsumu ödəyəcəyini açıqlayıb və bu ölkələrə tariflərin tezliklə açıqlanacağını bildirib.
Tramp “BRİCS”-in “dolları məhv etməyə çalışdığını” iddia edib və buna imkan verməyəcəyini vurğulayıb.
***
Ölkələrin ABŞ-da iş görmək istədikləri təqdirdə sövdələşmələr etməli olduqlarını ifadə edən Tramp, “Başqa ölkələrin tətbiq etdiyi tariflər gülüncdür. Mən o ölkələrə zəng edirəm və onların hər biri bizə hər şeyi verməyə hazırdır. Deyirlər ki, sizdən heç bir tarif tələb etməyəcəyik. Bazarlarımıza girişinizi təmin edəcəyik, sizə hər şeyi verəcəyik”.
Daha çox ticarət sövdələşməsinin olub-olmayacağı sualına Tramp, “Bəli, amma sövdələşmələr əsasən mənim sövdələşmələrimdir”, – cavabını verib.
Ölkələri incitmək istəmədiklərini vurğulayan Tramp əksər hallarda onlardan alınandan daha aşağı rəqəm seçdiklərini qeyd edib.
Tramp daha çox sövdələşmələr edə biləcəklərini, lakin bunun vaxt tələb etdiyini və işləri çətinləşdirdiyini vurğulayıb.
***
ABŞ Kənd Təsərrüfatı Naziri Bruke Rollins, Çinin ölkənin hərbi bazaları yaxınlığında kənd təsərrüfatı torpaqları almasının milli təhlükəsizlik məsələsi olduğunu ifadə etdikdən sonra, Tramp son vaxtlar Çinlə çox yaxşı münasibət qurduğunu bildirib.
Çinlə yaxşı anlaşdıqlarını vurğulayan Tramp, “Ticarət müqaviləmizdə çox ədalətli oldular. Ümid edirəm ki, bizim əla əlaqələrimiz var. Onlar böyük, güclü ölkədir. Mən prezident Si (Cinpin) ilə çox yaxşı anlaşıram, tez-tez danışırıq”, – deyib.