vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
NATO daxilində yeni mərhələ 16:07 | 23 iyul 2025 | Çərşənbə Məqaləyə 385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO daxilində yeni mərhələ

Türkiyə “Eurofighter Typhoon” klubuna qoşulur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə və Böyük Britaniya arasında “Eurofighter Typhoon” döyüş təyyarələrinin satışı üzrə ilkin razılaşma əldə olunub. Bu razılaşma Ankarada keçirilən IDEF müdafiə sərgisi çərçivəsində imzalanıb. Sənədə əsasən, Türkiyə bu müasir hərbi platformanın rəsmi istifadəçisi kimi qəbul edilir.

Vaxt.az-ın məlumatına görə, Türkiyə Müdafiə naziri Yaşar Gülər və Böyük Britaniya Müdafiə naziri Con Hili arasında imzalanan niyyət protokolu, iki ölkənin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığını rəsmiləşdirir. Sənəddə qeyd olunur ki, bu təşəbbüs NATO daxilində strateji əməkdaşlığın gücləndirilməsinə, eyni zamanda Türkiyənin hava döyüş qabiliyyətlərinin artırılmasına xidmət edəcək.

 

Almaniya satışa yazılı şəkildə razılıq verdi

 

Məsələ ilə bağlı Almaniya hökuməti də satışa rəsmi yazılı razılığını təqdim edib. Berlin rəsmiləri təsdiqləyiblər ki, müdafiə nazirliyi Türkiyəyə ixrac üçün lazımi təsdiq sənədlərini təqdim edib.

Bu addım, Almaniyanın əvvəllər ehtiyatla yanaşdığı “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə satışına dair mövqeyində dəyişiklik baş verdiyini göstərir.

 

Türkiyənin hədəfi: hava üstünlüyünü gücləndirmək

 

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir: “Türkiyənin bir “Eurofighter Typhoon” istifadəçisi kimi tanınması, NATO daxilində uzun illər formalaşan dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək. Bu, ölkəmizin müasir döyüş imkanlarını artırmaq yolunda vacib addımdır”.

Böyük Britaniya da anlaşmanı yüksək qiymətləndirib. Reuters xəbər verir ki, rəsmi London bu razılaşmanı “milyardlarla funt-sterlinq dəyərində mümkün ixrac perspektivi” kimi qiymətləndirir. İki ölkə arasında danışıqların yaxın həftələrdə davam etdiriləcəyi gözlənilir.

 

“F-16” danışıqları ilə paralel proses

 

Qeyd edək ki, Türkiyə paralel şəkildə ABŞ ilə “F16 təyyarələrinin alınması üzrə də danışıqlar aparır. Lakin son mərhələdə “Eurofighter Typhoon” təyyarələrinin alınması alternativ və daha müstəqil texnoloji seçim kimi önə çıxır.

Bu qərar həm də Türkiyənin milli hərbi sənaye strategiyasına uyğun, xaricdən asılılığı azaltmaq və alternativ tərəfdaşlarla texnoloji əməkdaşlığı gücləndirmək niyyətini göstərir.

 

NATO daxilində texnoloji güc balansı dəyişir?

 

Bəzi hərbi analitiklərə görə, bu razılaşma geosiyasi mənzərədə yeni güc balansları formalaşdıra bilər. Türkiyənin “Eurofighter Typhoon” təyyarələri ilə silahlanması, xüsusilə Aralıq dənizi və Orta Şərqdəki hava əməliyyatlarında taktiki üstünlük əldə etməsinə səbəb ola bilər.

Bu fonda, təyyarələrin radar sistemləri, hava-hava və hava-yer raketləri ilə təchiz olunması, həm NATO-nun cənub cinahında, həm də müstəqil regional əməliyyatlarda mühüm rol oynaya bilər.

 

Qərbin Türkiyəyə mesajı?

 

Anlaşma, Avropa Birliyi və ABŞ ilə gərginlik fonunda Qərb blokunun Türkiyə ilə strateji körpüləri qorumağa çalışdığının göstəricisidir. NATO daxilində mühüm mövqe tutan Ankara ilə münasibətlərin qorunması üçün bu tip razılaşmalar yeni mərhələnin xəbərçisidir.