Kreml ağzını açmadı
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
15:51 | 23 iyul 2025 | Çərşənbə
Məqaləyə 888 dəfə baxılıb
Şriftin ölçüsü
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
Son iki həftədir İranda ard-arda baş verən partlayışlar və yanğınlar ölkə daxilində və beynəlxalq dairələrdə İsrailin sabotaj əməliyyatları ilə bağlı ehtimalları gücləndirib.
“The New York Times” qəzetinin məlumatına görə, İranda müxtəlif bölgələrdə qeydə alınan “gizli və ardıcıl partlayışlar”, neft zavodları, aeroport yolları, çoxmərtəbəli binalar və fabriklərdə baş verir. Hadisələr istər ölkə daxilində, istərsə də xaricdə ciddi narahatlıq doğurur.
Rəsmi Tehran bu hadisələri “köhnə infrastruktur”, “qaz sızmaları” və “təsadüf” kimi izah etsə də, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü də daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs, bunların sabotaj aktı olduğunu düşünür.
“İsrailin əli ola bilər”
Adının çəkilməsini istəməyən 4 müxtəlif mənbə – İranlı və Avropalı rəsmilər – bu hücumların İsrail tərəfindən təşkil edildiyini ehtimal etdiklərini bildiriblər. İranla əlaqəsi olan Avropalı bir diplomat, “bunlar sırf sabitliyi pozmaq məqsədi daşıyan koordinasiyalı sabotaj aktlarıdır” deyib.
İran hökuməti isə hələ ki, bu iddiaları sübuta yetirən heç bir rəsmi dəlil təqdim etməyib.
İranın cənubundakı Abadan şəhərindəki neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb. Məşhəd hava limanındakı yanğın isə “ot yandırılması” ilə izah edilib. Tehrandakı bir neçə çoxmərtəbəli binada baş verən yanğınlar isə “zibil yanğını” kimi qiymətləndirilib.
Lakin Qum şəhərindəki bir yaşayış binasında baş verən partlayış, adətən bomba hücumu görüntüsünü xatırladıb: binanın divarları uçub, pəncərələr dağılıb, yaxınlıqdakı taksi avtomobili isə tamamilə dağılıb. Yeddi nəfər yaralanıb.
İranlı iki rəsmi “The New York Times”a bildiriblər ki, bu binada partlayışa səbəb olan qaz sızması, əslində agentlər tərəfindən bilərəkdən yaradılıb – ocaqlar və qaz sistemləri açıq qoyularaq binanı tərk ediblər.
Tehrandakı çoxmərtəbəli binada – məhkəmə orqanı əməkdaşları üçün tikilmiş yaşayış kompleksində – baş verən partlayışda pəncərələr və divarlar ciddi zədələnib. İranlı rəsmilər “sabotajçılar prokurorlar və hakimlər arasında qorxu və panika yaratmağa çalışır” deyiblər.
Bu hücumların İranlı nüvə alimlərinə qarşı keçmiş sui-qəsdlərə bənzədiyi qeyd olunur. SEPAH üzvü belə bir nəticə çıxarır: “Bu partlayışlar sadəcə fiziki yox, psixoloji hücumdur – həm xalqda, həm də rəhbərlikdə artan bir narahatlıq var.”
***
Kaşan şəhərindən Məhəmməd adlı bir incəsənət qalereyası və kafe sahibi deyib: “Çoxumuz bunun arxasında İsrailin dayandığını və müharibənin yenidən başlayacağını düşünürük”.
Kaşan, nüvə və raket obyektlərinə yaxın olduğu üçün əhalidə xüsusi narahatlıq müşahidə olunur.
Həmçinin, SEPAH-ın tanınmış generallarından olan Qulam Hüseyn Qeybparvarın ölümü də birmənalı qarşılanmayıb. Rəsmi məlumatda onun İran–İraq müharibəsi zamanı aldığı kimyəvi zədələr nəticəsində öldüyü bildirilsə də, bu ölümün son gərginliklərlə əlaqəli olduğu iddiaları səsləndirilir.