Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:26 | 28 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 412 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Tramp, Avropa Birliyi (AB) ilə Amerika arasında yeni bir ticarət razılaşmasının əldə edildiyini elan edərək, bu sazişi “indiyə qədər imzalanmış ən böyük ticarət razılaşması” kimi dəyərləndirdi. Pazar günü jurnalistlərə açıqlama verən Tramp, yeni müqaviləyə əsasən AB-dən idxal olunan məhsullara 15 faizlik gömrük vergisi tətbiq ediləcəyini bildirib.
Ticarət sazişi çərçivəsində AB ABŞ-dən 150 milyard dollarlıq enerji məhsulu və əhəmiyyətli həcmdə hərbi texnika alacaq, əlavə olaraq 600 milyard dollarlıq investisiya vədi verəcək.
Avropa Komissiyasının sədri Ursula von der Lyayen də razılaşmanı təsdiqləyərək, bütün məhsullar üzrə 15 faizlik vahid tarifin tətbiq olunacağını, bunun isə AB–ABŞ ticarət balansının yenidən qurulmasına xidmət edəcəyini deyib.
Tramp açıqlamasında qeyd edib ki, ABŞ hazırda üç-dörd başqa ölkə ilə də oxşar razılaşmalar üzərində işləyir, bəzi ölkələrlə tarif danışıqları aparılır.
Bu razılaşma, 23 iyulda Yaponiya ilə imzalanmış digər ticarət razılaşmasının ardınca gəlir. Yaponiya ilə əldə olunan sazişə görə, ABŞ avtomobil və bəzi məhsullarda tarifləri azaldıb, qarşılığında Tokio ABŞ-yə 550 milyard dollarlıq sərmayə və kredit paketi təklif edib.
Razılaşmanın açıqlanması beynəlxalq bazarlarda da optimizm yaradıb. Avro son üç həftənin ən yüksək səviyyəsi olan 1,1738-ə çatıb, Avropa birjalarının əsas göstəricisi “STOXX 600” isə iyun ayından bəri ən yüksək səviyyəsini görüb.
İtaliya Baş naziri Corca Meloni isə ABŞ–AB ticarət razılaşmasını “müsbət bir inkişaf” kimi qiymətləndirib, lakin detalları görmədən dəyərləndirmə verməyəcəyini bildirib.