
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ və Rusiya arasında gərginlik artarkən, hər iki ölkənin nüvə arsenalı gündəmə gəlir ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev arasında yaşanan qarşılıqlı bəyanatlar nüvə gərginliyini yenidən alovlandırıb.
Medvedev Trampın verdiyi “ültimatumları” savaş istiqamətində atılan addımlar kimi qiymətləndirib. Tramp isə 1 avqustda iki nüvə sualtı qayığının “lazımi mövqelərə yerləşdirildiyini” açıqlayıb.
Tərəflər arasında artan gərginlik bütün dünyada narahatlıq doğurarkən, hər iki ölkənin nüvə sualtı qayıqları ilə bağlı detallar yenidən diqqət mərkəzinə düşüb. Məlumata görə, ABŞ-ın 14, Rusiyanın isə 16 nüvə başlıqlı sualtı qayığı mövcuddur.
Trampın 10 günlük möhləti bitmək üzrədir
Tramp Rusiyaya Ukrayna ilə sülh razılaşması imzalaması üçün 10 günlük möhlət vermişdi. Əgər bu müddət ərzində razılaşma əldə olunmasa, yeni sanksiyalar tətbiq ediləcəyini bildirmişdi. Artıq bu müddətin bitməsinə 4 gün qalıb.
ABŞ donanması: 4 sinif, 71 sualtı qayıq
“Nüvə Təhlükəsi Təşəbbüsü” (NTI) və digər mənbələrin məlumatına görə, ABŞ-ın donanmasında 71, Rusiyanın donanmasında isə 64 sualtı qayığı var. Bu sualtı qayıqlardan 14-ü ABŞ-ın nüvə silahı daşıyan (SSBN) qayıqlarıdır. Ən məşhur dörd sinif:
“Ohio” sinfi
1974–1997-ci illər arasında istehsal edilən bu sinfə aid 14 ballistik raket daşıyan qayığın hər birində 20 raket buraxılış qurğusu var. Hər raket 4 nüvə başlığı daşıyır və bu da 1.120 başlıq deməkdir. “Trident 2 D5” raketlərini 12 min kilometrdən atmaq mümkündür. 4 qayığın isə “Tomahawk” raketləri daşıyan SSGN modelinə çevrildiyi bildirilib (154-ə qədər raket).
“Los-Anceles” sinfi
Bu sinfə daxil olan 23 hücum sualtı qayığı “Tomahawk” raketləri və “MK-48” torpedaları ilə təchiz olunub. Eyni zamanda mina yerləşdirmə qabiliyyətinə də malikdir. 12 dikinə raket buraxılış qurğusu və 4 torpeda borusu var.
“Seawolf” sinfi
Bu qayıqlar daha sürətli və səssiz hərəkət edə bilir. ABŞ donanmasında cəmi 3 ədəd var. Hər biri 50 silah, o cümlədən “Tomahawk” və “MK-48” daşıya bilir. Yüksək xərclər səbəbilə istehsalı 1995-ci ildə dayandırılıb.
“Virciniya” sinfi
Bu sinif “Los-Anceles”i əvəz etmək üçün hazırlanıb. 23 ədəd mövcuddur. “Fly-by-wire” (kompüterlərlə idarə olunan elektron sistem) sisteminə malik olan bu qayıqlar insansız sualtı cihazlarla kəşfiyyat və xüsusi əməliyyatlar üçün də istifadə olunur. 12 və ya 40 “Tomahawk” raketi və 25 “MK-48” torpedası daşıyır.
Rusiya donanması: Güclü anbarlar, ənənəli siniflər
NTI-yə görə, Rusiyanın 16 SSBN sualtı qayığı mövcuddur.
“Delfin” sinfi
1985–1992 arasında istehsal olunub. Hər biri 4 nüvə başlığı daşıyır. “Sineva” raketləri ilə 8.300–11.500 km, torpedalarla isə 50–100 km məsafədəki hədəfləri vurmaq mümkündür.
“Kalmar” sinfi
Yalnız 1 ədədi aktivdir. 16 ballistik raket daşıya bilir. Lakin dəqiqliyi müasir sistemlərdən aşağıdır. 6.500–9.000 km arası məsafələr üçün nəzərdə tutulub.
“Borei” sinfi
Rusiyanın nüvə donanmasında ən yeni nəsil sayılır. 1996-cı ildən bəri istehsal olunur. 8 ədədi aktivdir. “Bulava” ballistik raketləri ilə 8.000–9.300 km, “Borei-K” modelləri isə 1.500–2.500 km məsafəyə qədər hədəf vura bilir.
“Antey” sinfi
Bu sinfə aid 8 SSGN qayığı, 600 km məsafəli “Granit” gəmi əleyhinə raketlərini daşıya bilir. Həm torpeda, həm də mina sistemləri ilə təchiz olunub.
“Yasen” sinfi
SSN və SSGN hibrididir. “Kalibr” raketləri ilə 2.000 km, “Oniks” ilə 600 km, “Zirkon” hipersəs raketləri ilə 1.000 km məsafəyə qədər zərbə endirə bilir.
“Şçuka” sinfi
Bu sinfə aid 10 qayığın daşıdığı RK-55 və digər raketlər 550 km, torpedalar isə 50 km məsafəli hədəfləri vura bilir.
“Proyekt 945” və “945A”
Bu sinif 4 SSN qayığından ibarətdir. 300–600 km məsafəli raketlərlə təchiz olunublar.
Dizel-elektrik qayıqları
“Proyekt 877”, “Proyekt 636” və “Lada” sinfindən olan bu sualtı qayıqlar dizel-elektrik (SSK) sinfinə daxildir. 22+1 ədəd aktiv vəziyyətdədir. 1.500–2.500 km məsafəli raketlər və 50 km torpedalar daşıyırlar.