
“Heç biri məmnun olmayacaq”
Ceyms Vens mümkün Rusiya-Ukrayna sülhünü şərh etdi
Ceyms Vens mümkün Rusiya-Ukrayna sülhünü şərh etdi
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
ABŞ və Türkiyə Rusiyanı Cənubi Qafqazdan çıxarır
Tarixi faktlar və ideoloji əsaslar
Şirkətlər Çinə çip satışlarından ABŞ hökumətinə rüsum ödəyəcək
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
II Dünya Müharibəsində Sakit okeanda batan 13 gəmi ilk dəfə detallı şəkildə görüntüləndi
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
Kolostrum tərkibli desert ABŞ-da maraq doğurdu
Mark Rubio iki prezidentin görüşü öncəsi açıqlama verdi
... Yaxud “ağır top”un cılız xisləti
... Yaxud rejissor tarixçilik etmək istəyəndə şeytana çevrilir
... Ukrayna savaşını bitirə biləcəkmi?
Dünyanın ən böyük meqapolisini silkələyən hücumdan sonra şəhərin “terrorla mübarizə” fondu da kəsilib
ABŞ Ukraynada güzəştə gedib, Qafqazı qazanır?
Azərbaycan və Ermənistanın Ağ Evdə imzaladığı “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulmasına dair Saziş”in mətni ictimaiyyətlə paylaşıldı.
Saziş mətni, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən üçtərəfli zirvəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanmışdı.
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri tərəfindən eyni vaxtda yayımlanan və 17 maddədən ibarət olan sazişin mətni belədir:
Maddə 1 – Tərəflər, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının respublikaları arasındakı sərhədlərin, müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq ictimaiyyət tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.
Maddə 2 – Tərəflər, 1-ci maddəyə tam riayət edərək, bir-birinə qarşı heç bir ərazi iddialarının olmadığını təsdiq edir və gələcəkdə də belə bir iddia ilə çıxış etməyəcəklərini bəyan edirlər. Tərəflər, digər tərəfin ərazi bütövlüyünü və ya siyasi birliyini tam və ya qismən parçalamağı və ya zəiflətməyi hədəfləyən hər hansı bir əməli planlamaq, hazırlamaq, təşviq etmək və dəstəkləmək daxil olmaqla, heç bir fəaliyyət göstərməyəcəklər.
Maddə 3 – Tərəflər, qarşılıqlı münasibətlərində digər tərəfin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiqi ilə hədələməkdən, yaxud BMT Nizamnaməsinə zidd hər hansı bir şəkildə hərəkət etməkdən çəkinəcəklər. Tərəflər, öz ərazilərinin üçüncü tərəf tərəfindən digər tərəfə qarşı BMT Nizamnaməsinə zidd şəkildə güc tətbiqi məqsədilə istifadəsinə icazə verməyəcəklər.
Maddə 4 – Tərəflər, bir-birinin daxili işlərinə qarışmaqdan çəkinəcəklər.
Maddə 5 – Tərəflər, bu sazişin hər iki tərəf tərəfindən təsdiqlənmiş nüsxələrinin mübadiləsindən sonra _____ gün ərzində, 1961 və 1963-cü il tarixli Vyana Diplomatik və Konsulluq Münasibətləri Konvensiyalarına uyğun olaraq aralarında diplomatik münasibətlər yaradacaqlar.
Maddə 6 – Tərəflər, bu sazişin 1-ci maddəsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirərək, dövlət sərhədinin müəyyənləşdirilməsi və nişanlanmasına dair sazişin yekunlaşdırılması üçün müvafiq komissiyalar vasitəsilə xoş niyyətlə danışıqlar aparacaqlar.
Maddə 7 – Tərəflər, ortaq sərhədləri boyunca üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Sərhədlərin müəyyənləşdirilməsi və nişanlanması prosesi tamamlanana qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad artırıcı tədbirlər tətbiq ediləcək.
Maddə 8 – Tərəflər, dözümsüzlük, irqi nifrət və ayrı-seçkiliyin bütün formalarını, separatçılığı, zorakı ekstremizmi və terrorizmi pisləyir, öz yurisdiksiyaları daxilində bu kimi hallarla mübarizə aparacaq və müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.
Maddə 9 – Tərəflər, hər iki tərəfi əhatə edən silahlı münaqişələrdən qaynaqlanan itkin şəxslər və məcburi yoxa çıxma hallarının həlli üçün, zəruri hallarda beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, həmin şəxslər barədə mövcud bütün məlumatların paylaşılması da daxil olmaqla tədbirlər görəcəklər. Bu istiqamətdə, itkin şəxslərin taleyinin aydınlaşdırılması, qalıqlarının axtarılması və qaytarılması, eləcə də ədalətin təmin olunması uzlaşma və etimadın artırılması vasitəsi kimi qəbul ediləcək. Bu mövzuda detallı mexanizmlər ayrıca sazişlə razılaşdırılacaq.
Maddə 10 – Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəni sahələr daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq yaratmaq üçün qarşılıqlı maraqlara dair ayrıca sazişlər bağlaya bilərlər.
Maddə 11 – Bu saziş, tərəflərin beynəlxalq hüquq və BMT üzv dövlətləri ilə bağladıqları digər müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirməyəcək. Hər bir tərəf, üçüncü tərəflə qüvvədə olan beynəlxalq müqavilələrinin bu saziş üzrə öhdəliklərinə zidd olmamasını təmin edəcək.
Maddə 12 – Tərəflər, ikitərəfli münasibətlərində beynəlxalq hüquqa və bu sazişə əsaslanacaqlar. Heç bir tərəf, bu sazişi yerinə yetirməmək üçün öz daxili hüququnun müddəalarını əsas gətirməyəcək. Tərəflər, bu saziş qüvvəyə minmədən öncə, Vyana Müqavilə Hüququ Konvensiyasına (1969) uyğun olaraq, sazişin məqsəd və məramına zidd hər hansı bir fəaliyyət göstərməyəcəklər.
Maddə 13 – Tərəflər, sazişin tam icrasını təmin edəcək və onun icrasını izləmək üçün ikitərəfli komissiya yaradacaqlar. Komissiya tərəflərin razılaşdığı prosedurlara uyğun fəaliyyət göstərəcək.
Maddə 14 – Tərəflər, beynəlxalq hüquq və qarşılıqlı münasibətlərini tənzimləyən digər müqavilələrə xələl gətirmədən, bu sazişin izahı və icrası ilə bağlı bütün mübahisələri, 13-cü maddədə göstərilən komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etməyə çalışacaqlar. Əgər məsləhətləşmələr altı ay ərzində qarşılıqlı qəbul edilə bilən nəticə verməsə, tərəflər mübahisənin dinc yolla həlli üçün digər üsullara müraciət edəcəklər.
Maddə 15 – 14-cü maddəyə xələl gətirmədən, tərəflər, bu saziş imzalanmazdan əvvəl mövcud olmuş bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, tələbləri, məhkəmə işlərini və mübahisələri, saziş qüvvəyə mindikdən sonra bir ay ərzində geri götürəcək, dayandıracaq və ya həll edəcəklər. Onlar gələcəkdə də bir-birinə qarşı belə iddialar qaldırmayacaq və üçüncü tərəfin başladığı bu tip proseslərə qoşulmayacaqlar. Tərəflər, diplomatik, informasiya və digər sahələrdə düşmənçilik xarakterli addımlar atmayacaq və bunun qarşısını almaq üçün mütəmadi məsləhətləşmələr aparacaqlar.
Maddə 16 – Saziş, tərəflərin milli qanunvericiliyinə uyğun olaraq daxili prosedurların tamamlandığını təsdiqləyən sənədlərin mübadiləsindən sonra qüvvəyə minəcək. Saziş, BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyata alınacaq.
Maddə 17 – Saziş Azərbaycan, erməni və ingilis dillərində tərtib olunub və bütün mətnlər eyni dərəcədə qüvvəlidir. Əgər mətndə məna fərqliliyi yaranarsa, ingilis dili variantı əsas götürüləcək.
Sazişin paraflanması onun qüvvəyə minməsi demək deyil
İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh danışıqlarına başlamışdı. Tərəflər, 2025-ci ilin mart ayında saziş mətni üzrə razılığa gəlmişdi. Ağ Evdə avqustun 8-də keçirilən üçtərəfli zirvədə isə sənəd imzaya qədər ilkin mərhələdə təsdiqləndi.
Lakin təsdiqlənmə sazişin qüvvəyə mindiyi anlamına gəlmir. Saziş, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından sonra imzalanaraq rəsmiləşəcək.