Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:23 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 923 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Tramp–Zelenski görüşməsindən sonra Avropa liderləri, Rusiya–Ukrayna müharibəsi ilə bağlı ikinci toplantını keçirəcək. Böyük Britaniyanın Baş naziri Keir Starmer, dünən Vaşinqtondakı Ukrayna görüşmələrindən sonra bu gün onlayn keçiriləcək “Könüllülər koalisiyası” toplantısına sədrlik edəcək.
Baş nazirin ofisindən verilən açıqlamada, Starmerin, Könüllülər Koalisiyasındakı liderləri dünən Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna dövlət başçısı Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşmələrin nəticələri barədə məlumatlandıracağı və növbəti addımları müzakirə edəcəyi bildirildi.
Böyük Britaniya, Fransa və Almaniyanın təşəbbüsü ilə qurulan və “Çoxmillətli Ukrayna gücü” kimi tanınan koalisiya, Ukraynada sülh təmin edildikdə onu qorumaq öhdəliyi götürən ölkələr qrupundan ibarətdir.
Koalisiyanın Ukrayna ordusuna göstərəcəyi dəstək sayəsində Kiyevin gələcəkdə mümkün Rusiya hücumlarına qarşı daha çəkindirici olması nəzərdə tutulur.
6 Avropa lideri Ağ Evdə idi
Ağ Evdə Rusiya-Ukrayna sülh prosesi çərçivəsində dünən keçirilən görüşə Tramp və Zelenskinin yanaşı, NATO Baş katibi Mark Rütte, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni və Almaniya kansleri Fridrix Merts qatılmışdı.
Rütte, Ağ Evdəki toplantıda Ukrayna üçün təmin ediləcək təhlükəsizlik zəmanətlərini müzakirə etdiklərini bildirərək, son aylarda Starmer və Makronun liderliyi ilə Yaponiya və Avstraliya daxil olmaqla 30 ölkənin bu zəmanətlər üzərində çalışdığını söyləmişdi.
Tramp, avqustun 15-də Alyaska ştatında Putinlə görüşmüş, lakin yekun anlaşmaya nail olunmadığını açıqlamışdı.