Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:40 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 342 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ ordusu Latın Amerikasındakı narkotik kartellərinə qarşı Prezident Donald Tramp tərəfindən başladılan əməliyyat çərçivəsində üç “Aegis” idarə olunan raket qırıcı gəmisini Venesuela sahillərinə yönləndirir.
ABŞ Müdafiə Nazirliyindən bir mənbə “Associated Press”ə açıqlayıb ki, “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” gəmilərinin qısa müddətdə bölgəyə çatması gözlənilir. İsminin açıqlanmaması şərti ilə danışan rəsmi, gəmilərin fəaliyyətə başlamasının “bir neçə ay” çəkəcəyini qeyd edib.
Ağ Ev sözçüsü Karoline Livitt mövzu ilə bağlı, “Prezident ölkəmizə axan narkotikləri dayandırmaq və məsul şəxsləri ədalət önünə çıxarmaq üçün ABŞ qüvvələrinin bütün elementlərini istifadə etməyə hazırdır. Maduro rejimi legitim hökumət deyil; bu bir narko-terror kartelidir”, – deyib.
Tramp administrasiyası Meksika Prezidenti Klaudia Şeynbaumdan kartellərə qarşı əvvəlkilərdən daha sərt tədbirlər görməsini tələb edir. Lakin Şeunbaum Meksikanın suverenliyini vurğulayaraq ABŞ-ın hərbi müdaxilə təkliflərini rədd edib.
Fevral ayında Tramp hökuməti Venesuela mərkəzli Tren de Araqua, El Salvador mərkəzli MS-13 və Meksikadakı altı qrupu “xarici terror təşkilatı” elan etdi. Adətən siyasi məqsədli zorakılıqla tanınan Əl-Qaidə və ya İŞİD kimi qruplara aid edilən bu tərifin kartellərə tətbiqi diqqət çəkib. Hökumət iddia edir ki, bu qrupların narkotik, miqrant qaçaqmalçılığı və zorakılıq yolu ilə torpaq genişləndirməsi fəaliyyətləri terror təşkilatı təsnifatına daxildir.
Madurodan cavab
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın “təhdidlərini artırdığını” deyərək 4,5 milyondan çox könüllü yaralının hərəkətə keçəcəyini açıqladı. Karakasdakı tədbirdə Maduro, “İmperiya dəlidir və Venesuela sülhünü təhdid edir”, – deyib.
Tramp administrasiyası isə bu ay Maduro üçün təyin olunan mükafatı 50 milyon dollara qaldırıb.
Venesuelanın strateji əhəmiyyəti
Venesuela dünyanın ən böyük sübut edilmiş neft ehtiyatlarından birinə sahibdir. Enerji Məlumatları İdarəsinə (EIA) görə, Vaşinqton ölkəni uzun müddətdir enerji və regional sabitlik baxımından strateji hesab edir.
Maduro dövründə dərinləşən siyasi və iqtisadi böhranlar Latın Amerikasında kütləvi miqrasiyaya səbəb olub. Həmçinin Venesuelanın Rusiya, Çin və İranla yaxın əlaqələri ABŞ üçün əlavə narahatlıq mənbəyidir.