Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:44 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 212 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaska ştatındakı görüşündə Rusiya rəsmilərinin “qısa müddətdə güzəştlər verdiyini” bildirib.
Vitkoff, “Fox News”ə verdiyi müsahibədə, “Alyaskadakı ilk görüşdə ruslar qısa müddətdə güzəştlər verdilər və bu güzəştləri əldə etməyin bir hissəsi, rusların razılaşmağa hazır olub-olmadığını görməyə əsaslanırdı”, – deyib.
Güzəştlərin detalları barədə danışmayan Vitkoff, danışıqların müvəqqəti atəşkəsdən daha çox uzunmüddətli sülh sazişi əldə etməyə yönəldiyini bildirib: “Orada uzun müddət qaldıq, çünki sülh sazişinə necə nail ola biləcəyimiz barədə irəliləyiş əldə etdik. Atəşkəs sazişi çox asanlıqla pozula bilər, çünki zəruri bütün elementləri ehtiva etmir”.
Trampın xüsusi nümayəndəsi avqustun 17-də Putinin sülh sazişinin bir hissəsi olaraq “Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini” qəbul etdiyini də bildirmişdi.
Tramp avqustun 15-də Alyaska ştatında Rusiya Prezidenti Vladimir Putin ilə görüşmüş, yekun sazişin əldə olunmadığını açıqlamışdı.
ABŞ Prezidenti Tramp daha sonra Ağ Evdə Zelenski və Avropalı liderlərlə bir araya gəlmiş, görüşə NATO Baş Katibi Mark Rutte, Avropa Birliyi (AB) Komissiya Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksander Stubb, İtaliya Baş naziri Corciya Meloni və Almaniya kansleri Fridrix Merz qatılmışdı.