Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:05 | 21 avqust 2025 | Cümə axşamı
Məqaləyə 233 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Vitse-prezidenti Ceyms Vens Rusiyaya qarşı müharibənin başa çatdırılmasına dair danışıqların Ukraynanın güvənlik zəmanətləri və Rusiyanın – işğal etmədiyi ərazilər də daxil olmaqla – nəzarət etmək istədiyi torpaqlar üzərində cəmləşdiyini bildirib.
Dünən "Fox News" kanalına müsahibəsində Vens, “İki əsas məsələ var. Bir tərəfdən çox sadə görünür, amma əslində olduqca mürəkkəbdir. Birincisi, Ukrayna Rusiyanın onu yenidən işğal etməyəcəyinə əmin olmaq istəyir. Uzunmüddətli perspektivdə ərazi bütövlüyünün qorunacağına zəmanət istəyir. Ruslar isə bəzilərini işğal etdikləri, bəzilərini isə etmədikləri müəyyən torpaqları tələb edirlər”, – deyib.
ABŞ prezidenti Donald Tramp, Rusiyanın Ukraynaya qarşı dördüncü ilə girən müharibəsini sona çatdırmaq üçün səylərini gücləndirib. O, ötən həftə Alyaskada Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirib. Tramp bazar ertəsi Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropalı müttəfiqləri ilə də danışıqlar aparıb.
Vensin sözlərinə görə, Rusiya və Ukrayna liderləri arasında birbaşa görüş danışıqları irəlilədə bilər.
“Müzakirələrin mahiyyəti burada yatır: Ukraynalılar güvənlik zəmanəti istəyir, ruslar isə müəyyən əraziləri tələb edir”.
ABŞ hələlik belə bir ikitərəfli görüşün təşkil olunması üzərində işləyir, amma tarix və məkan müəyyənləşdirilməyib. Tramp bildirib ki, görüş yaxşı nəticələnərsə, Putin və Zelenski ilə üçtərəfli zirvə keçirməyi planlaşdırır.
Digər tərəfdən, İtaliya baş naziri Corciya Meloni, NATO-ya faktiki üzvlük verməyən, lakin kollektiv müdafiə maddəsi ehtiva edən bir plan irəli sürüb.
“NATO-light” adlandırılan bu italyan təklifi, Ukraynanın alyansa üzvlüyünün gündəmdə olmadığını qəbul etsə də, mənbələrin bildirdiyinə görə, kollektiv yardım mexanizmi təklif etməklə ən yaxşı alternativ variant kimi müzakirə olunur.