ABŞ–Kuba gərginliyi artır
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
08:57 | 27 avqust 2025 | Çərşənbə
Məqaləyə 400 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya Ukrayna ilə sülh razılaşmasına yanaşmasa, ona qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq. Tramp həmçinin Moskva tərəfindən edilən bəzi açıqlamaların yalnız “göstəriş” olduğunu qeyd edib.
Tramp bu açıqlamaları Ağ Evdə keçirilən və üç saatdan çox davam edən kabinet toplantısında verib. Prezident vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında mümkün qədər tez sülh razılaşması əldə olunmalıdır və bunun üçün Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin bir araya gəlməsi lazımdır.
Tramp, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Putinin Zelenskini “legitim görmədiyi üçün” onunla razılaşma imzalamayacağı barədə açıqlamasını şərh edərkən, “Nə dedikləri önəmli deyil. Hər kəs göstəriş edir, hamısı absurddur” deyib.
“Bu razılaşmanın tamamlanmasını istəyirəm. Bu çox ciddi məsələdir. Bəli, dünya müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq və bu Rusiya üçün pis olacaq. Mən bunu istəmirəm”.
Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin də “tam günahsız olmadığını” bildirib və qeyd edib ki, Ukraynanın özündən 15 dəfə böyük ölkə ilə müharibəyə girməsi əvvəlcədən yanlış qərar olub.
ABŞ Prezidenti həm keçmiş Prezident Co Baydeni, həm də Zelenskini tənqid edərək deyib: “Heç kim müharibəyə uduzacağını düşünərək başlamaz. Mən əminəm ki, Ukrayna da qazanacağını düşünmüşdür. ‘Biz qazanacağıq, 15 dəfə böyük birini məğlub edəcəyik’ deyə başlamışlar. Bayden buna icazə verməməli idi. Özündən 15 dəfə böyük ölkə ilə müharibəyə başlamazsan”.
Nobel Sülh Mükafatına namizəd
Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff kabinet toplantısında çıxış edərək ABŞ Prezidentinin Nobel Barış Mükafatını almağa layiq olduğunu bildirib. Vitkoff, Trampın indiyədək 7 müharibəni dayandırdığını qeyd edib və bu sözlər salon tərəfindən alqışlarla qarşılanıb.