Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:57 | 1 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 320 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Federal Apellyasiya Məhkəməsi, Prezident Donald Trampın tətbiq etdiyi qlobal gömrük rüsumlarının böyük hissəsini qanunsuz hesab edib.
Paytaxt Vaşinqtondakı məhkəmə, Trampın ABŞ-a mal ixrac edən ölkələrlə ticarət sazişlərini yenidən müzakirə etmək üçün istifadə etdiyi tarifələrlə bağlı qərarını açıqlayıb.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin may ayında verdiyi qərarı böyük ölçüdə təsdiqləyən Apellyasiya Məhkəməsi, Trampın Beynəlxalq Təcili İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsindəki səlahiyyətini aşdığına hökm verib.
Lakin məhkəmə, bu qərarın gömrük rüsumlarını dərhal ləğv edən hissəsini rədd edərək, Tramp administrasiyasına Ali Məhkəməyə müraciət üçün vaxt tanıyıb.
Qərar 4 əleyhinə 7 səslə qəbul olunub. Ehtimal olunan apellyasiya prosesi nəzərə alınaraq, gömrük tariflərinin 14 oktyabra qədər qüvvədə qalmasına icazə verilib.
Ləğvi nəzərdə tutulan tarifələr arasında qarşılıqlı gömrük rüsumları ilə Kanada, Çin və Meksikaya tətbiq edilən gömrük vergiləri yer alır.
“Bütün tarifələr hələ də qüvvədədir”
Tramp sosial şəbəkə hesabında yazıb: “Bütün tariflər hələ də qüvvədədir. Bu gün son dərəcə tərəfkeş apellyasiya məhkəməsi tariflərimizin ləğv edilməli olduğu barədə yanlış qərar verdi, lakin onlar da bilirlər ki, nəticədə ABŞ qalib gələcək”.
Bu tariflərin ləğvinin ölkə üçün “fəlakət” olacağını bildirən Tramp, bunun ABŞ-ı maliyyə baxımından zəiflədəcəyini qeyd edib.
O, güclü olmaq məcburiyyətində olduqlarını vurğulayaraq deyib: “ABŞ dost və ya düşmən fərq etmədən, digər ölkələrin istehsalçılarımızı, fermerlərimizi və hamını zəiflədən böyük ticarət kəsirlərinə, ədalətsiz tarifələrinə və tarifədənkənar ticarət baryerlərinə daha dözməyəcək. Əgər bu qərar qüvvədə qalarsa, ABŞ tamamilə məhv olacaq”.
Tramp əlavə edib ki, gömrük rüsumları amerikalı işçilərə kömək etmək və “Made in America” məhsulları istehsal edən şirkətləri dəstəkləmək üçün ən yaxşı vasitədir:
“Uzun illər boyu məsuliyyətsiz və düşüncəsiz siyasətçilərimiz gömrük rüsumlarının bizə qarşı istifadə olunmasına icazə verdilər. İndi isə ABŞ Ali Məhkəməsinin yardımı ilə bunları ölkəmizin xeyrinə istifadə edəcək və Amerikanı yenidən varlı, güclü və qüvvətli edəcəyik”.