vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
3.3 milyard dollarlıq nəhəng imperiya 14:57 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3.3 milyard dollarlıq nəhəng imperiya

Rupert Mordokun ölümündən sonra media holdinqi kim idarə edəcək?

XALİDƏ

Avstraliyalı media patronu Rupert Mordokun (Rupert Murdoch) ölümündən sonra media şirkətlərinin idarəsi oğluna, Laklan Mordoka (Lachlan Murdoch) keçəcək.

“The Washington Post” qəzetində yer alan xəbərə görə, 94 yaşlı Mordokun ölümündən sonra media şirkətlərini kimin idarə edəcəyi mövzusundakı uşaqları arasındakı anlaşmazlıq həll olunub.

Mordok və uşaqları Laklanın atasının ölümündən sonra media şirkətlərinin idarəsini öz əlində saxlaması ilə bağlı razılığa gəliblər.

Laklan, 2050-ci ilə qədər davam edəcək bu idarəçiliyə 2 bacısı və 1 qardaşı ilə əldə etdiyi 3,3 milyard ABŞ dollarlıq razılaşmanın bir hissəsi olaraq sahib olacaq.

Bu məbləğ Laklanın qardaşı və bacıları Prudens Mordok (Prudence Murdoch), Elzabet Mordok (Elisabeth Murdoch) və Ceyms Mordok (James Murdoch) arasında bərabər paylanacaq.

 

Mordok ABŞ-ın sosial və siyasi həyatında əhəmiyyətli təsirlərə malik olub

 

Sahib olduğu media imperiyasına Avstraliyanın Adelaida şəhərində atası Kit Mordokdan miras qalan tək bir qəzetlə başlayan Rupert, ABŞ-ın sosial və siyasi həyatına, xüsusilə 1996-cı ildə qurduğu “Fox News” televiziya kanalı vasitəsilə əhəmiyyətli təsir göstərib.

Qurulduqdan sonra 6 il ərzində CNN və MSNBC kimi rəqiblərini geridə qoyan “Fox News”, xüsusilə ABŞ-dakı Respublikaçı və mühafizəkar kütləyə yönəlmiş yayınlar aparıb.

“News Corporation”, “The Wall Street Journal”, “The New York Post”a əlavə olaraq Britaniyada “Times of London”, “The Sun” və Avstraliyada bir çox media qurumunu özündə birləşdirir.

Mordok ailəsinin təxmin edilən xalis sərvəti 20 milyard ABŞ dolları civarındadır.