Satan alandan çoxdur
Qiymətlər əhalinin illik qazancına nisbəti 5 dəfədən çoxdur
18:14 | 26 iyun 2014 | Cümə axşamı
Məqaləyə 2629 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətlər əhalinin illik qazancına nisbəti 5 dəfədən çoxdur
İpoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb
Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
30 illik müddətdə eniş olsa da, 15 illikdə artım var
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
Bakıdakı yeni binaların 80 faizini dövlət qeydiyyatına almırlar
... ki, hər kəsin mənzili olsun
Məhkəmə qərarı olmadan vətəndaşların evinin banklar tərəfindən əlindən alınması hansı siyasi dairələrin maraqlarına xidmət edir?
Krediti gecikdirdiyiniz və ya ödəyə bilmədiyiniz halda mənzilini məhkəməsiz satışa çıxarıla bilər
Azərbaycanda mənzil problemini dövlət xətti ilə ayrılan ipoteka kreditləri hesabına həll edə bilməyənlər bankların daxili ipoteka proqramından yararlana bilərlər. Məlumata görə, hazırda Azərbaycanda 11 bank müştərilərə öz ipoteka proqramını təqdim edir. Bu banklardan ipoteka kreditlərini illik 10 faizdən 22 faizədək kreditlə, 5 -25 illiyə götürmək mümkündür. İlkin ödəniş isə elə dövlət ipotekasında olduğu kimi, 20-30 faizdən başlanır.
«Accessbank»da kreditin illik faiz dərəcəsi ilkin ödənişdən və kreditin məbləğdən asılıdır. Məsələn, müştəriyə ayrılan kredit 20 min manatdan az olanda faiz dərəcəsi 20-22 faiz olur. Kreditin məbləği 20-80 min manat arasında dəyişdikdə illik faiz dərəcəsi 14-18 faiz olur. 80-100 manat civarında dəyişən kreditləri isə illik 12 faizlə götürmək mümkündür. İpoteka predmeti olan mənzilin dəyərinin azı 50 faizini ödəyənlərə mümkün qədər aşağı faiz dərəcəsi təklif olunur.
«Azər-Türk Bank»da isə illik faiz dərəcəsinin konkret həddi kreditin məbləği, müddəti və ilkin ödənişdən əlavə müştərinin ödəniş qabiliyyətindən, kredit tarixçəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur.
«Bank Respublika»da isə illik 12 faizlə kredit götürmə istəyənlər ilkin ödəniş tələbini 70% yerinə yetirməlidirlər. İlkin ödəniş 50-70 faiz olduqda kredit illik 13,5 faizlə, 30-50 faiz olduqda isə 15 faizlə verilir.
«Rabitəbank»da isə faiz dərəcəsi əmək haqqını bu bank vasitəsilə alan müştərilər ücün alınan mənzilin dəyərinin 50 faizi əvvəlcədən ödənildiyi halda illik 14 faiz, 30 faizi əvvəlcədən ödənildiyi halda isə illik 15 faizdir. Başqa bank vasitəsilə maaş alanlar üçün isə ipoteka krediti müvafiq olaraq ilkin ödənişdən asılı olaraq 15,75-16,75 faizlə verilir.
«Yapı Kredi Bank-Azərbaycan»da isə ipoteka kreditinin illik faiz dərəcəsi müddətdən asılıdır. Krediti 12 aya qədər 17 faizlə, 12-24 ay ərzində 18 faizlə, 24-36 ay ərzində 19 faizlə, 36-60 ay ərzində isə 24 faizlə götürmək olur.
«Azərbaycan Beynəlxalq Bankı»nın və «Bank Technique»in ipoteka kreditləri yalnız konkret yaşayış komplekslərində (AFPARK (Xırdalan), YENİ HƏYAT) yerləşən mənzilləri üçün nəzərdə tutulub.
Fins.az ayrı-ayrı banklarda alternativ ipotekanın şərtlərini təqdim edir:
|
№
|
Kommersiya |
İlkin ödəniş tələbi |
Kreditin minimum və maksimum məbləği (manatla) |
Kreditin maksimum müddəti (illə) |
Kreditin illik faiz dərəcəsi |
Müştəridən tutulan komisyon haqqı |
|
1. |
«Accessbank» QSC |
20% |
8-100 min |
10 |
12-22% |
1-2% |
|
2. |
«Azərbaycan Beynəlxalq Bankı» ASC (AFPARK) |
15% |
100 min |
10 |
12% |
1,5% |
|
3. |
«Azərbaycan Sənaye Bankı» ASC |
30% |
10-70 min |
5 |
14% |
2% |
|
4. |
«Azər-Türk Bank» ASC |
20-30% |
200 min |
10 |
9-12% |
1% |
|
5. |
«Bank Respublika» ASC |
30% |
5-250 min |
10 |
12-15% |
0,7% |
|
6. |
«Bank Standard» QSC |
30% |
30-100 min |
25 |
12,5% |
2% |
|
7. |
«Dəmirbank» ASC |
35% |
25-200 min |
5 |
18% |
3% |
|
8. |
«Xalq Bank» ASC |
30% |
35-500 min |
3-25 |
10% |
0,1% |
|
9. |
«Rabitəbank» ASC |
30% |
60 min |
10 |
14-16,75% |
1% |
|
10. |
«Bank Technique» ASC (YENİ HƏYAT) |
10% |
Limitsiz |
10 |
10% |
1% |
|
11. |
«Yapı Kredi Bank - Azərbaycan» ASC |
20% |
Limitsiz |
5 |
17-24% |
1% |