
Kimlər pulsuz mənzil ala bilərlər?
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
30 illik müddətdə eniş olsa da, 15 illikdə artım var
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Ev dəllalları müştəriləri necə aldadır?
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
Alıcıların hüquqları pozulur
“Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər”. Bunu “Trend”ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir.
Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında torpağın qiyməti 3,32 faiz, kommersiya obyektləri 0,23 faiz, kommersiya obyektlərinin icarəsi isə 1,46 faiz bahalaşıb. İlin əvvəlindən ən çox artım fərdi və bağ evlərinin qiymətində qeydə alınıb - 13,27 faiz.
Azərbaycanda tikinti sektoru son iki-üç ildəki durğunluqdan sonra qismən bərpa olunmağa başlayır. 2018-ci ilin ilk yarısında ölkədə tikintinin ümumi həcmi 463,8 milyon dollar təşkil edib (il ərzində 17,6 faiz artım). İlin əvvəlindən ümumilikdə 946,4 min kvadrat metr sahədə yaşayış evləri istifadəyə verilib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz çoxdur.
Qiymət artımına qismən ipotekaya mənzillərin alınması təsir göstərir. Mərkəzi Bankın məlumatlarına əsasən, bu ilin ilk 6 ayı ərzində Azərbaycan İpoteka və Kredit-Təminat Fondu xətti ilə 117,4 milyon manat ipoteka krediti verilib. Bu, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 52,5 faiz çoxdur.