Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
08:25 | 29 iyun 2014 | Bazar
Məqaləyə 1190 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
27 iyun tarixli çağırışa əsasən Aİ liderləri Rusiyadan Ukrayna sərhəddi boyunca silah və əsgər axınını dayandırmasını tələb edir. Əks təqdirdə, Avropa Rusiyaya qarşı ciddi tədbirlər görmək məcburiyyətində qalacaq. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.
Aİ rəsmiləri yeni sanksiyaların tətbiqinə Ukrayna prezidenti Petro Poroşenko ilə brifinqdən sonra start veriləcəyini söyləmişlər.
Almaniyanın kansleri Angela Merkel Ukraynadakı vəziyyətin 1 həftəlik atəşkəsdən sonra gözlənildiyi kimi olmamasından narahatdır.
«Biz əldə edilən nəticələrin təhlilindən sonra yeni sanksiyalarla hara qədər gedəcəyimizə dair qərar verməliyik və bu, ancaq Ukrayna prezidenti ilə görüşdən sonra mümkün olacaq», deyə Merkel İpr şəhərində jurnalistlərə verdiyi müsahibəsində söyləmişdir.
ABŞ dövlət katibi Con Kerri iyunun 25-i verdiyi açıqlamalarda bildirmişdir ki, Putinin Poroşenkonun təklif etdiyi sülh planına cavabından sonra ABŞ və Avropanın yeni sanksiyalarla hara qədər gedəcəyi müəyyənləşəcək.
Bu günə qədər tətbiq olunan sanksiyalar sırasına Ukrayna və Rusiyadan 61 şəxsə qarşı səyahət qadağası və Krım yarımadasından iki enerji şirkətinə qarşı məhdudiyyət tədbirlərinin görülməsi daxil idi.
Hal-hazırda Aİ daxilində daha sərt tədbirlərin tətbiqi ilə Qərbin əsas enerji təchizatçısı olan Rusiya ilə üz-üzə gəlməsi məsələsində fikir ayrılıqları mövcuddur.
28 Aİ liderinin Poroşenkonun sülh planı və nəticələri ilə bağlı fikir bildirməsi və rus qoşunlarının Ukrayna ərazilərinə müdaxiləsinə son verilməsi məqsədi ilə Rusiya parlamentinə xəbərdarlıq notasının göndərilməsi nəzərdə tutulur.
Atəşkəs
Sammit zamanı ölkə ərazisində elan olunan atəşkəsə Ukrayna ordusu tərəfindən əməl olunmasına baxmayaraq, üsyançı qüvvələrin əməliyyatları davam etdirmələri ilə bağlı təəssüf çağırışı ediləcək.
«Bu səbəbdən sülh planının həqiqətən həyata keçirilməsi və hərbi fəaliyyətin dayandırılmasını möhkəmləndirmək üçün hər iki tərəfə çağırış ediləcək» deyə sammit haqda layihə sənədində qeyd edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, Ukraynada hərbi toqquşmalar zamanı həm ordu, həm üsyançı qüvvələr və həm də dinc sakinlər tərəfindən 420 nəfərin həlak olub.
Ukraynanın şərq əyalətlərindəki Rusiya yönümlü separatçılar sülh planı ilə bağlı müzakirələr apara biləcəklərini bəyan etmişlər. Lakin bu bəyanata cavab olaraq Poroşenko «Əgər onların niyyəti zaman qazanmaqdırsa, atəşkəs əvvəldən müəyyənləşdiyi vaxtda bitəcək», deyə bildirmişdir.
Aİ liderləri Rusiyadan onun separatistlər üzərində sahib olduğu hökmü əsas tutaraq, hərbi müdaxilənin tamamilə sonlandırılmasını tələb edəcək.
Rusiya üçün sərt tədbirlər planı hazırlayan Qərb rəsmiləri «Bundan sonrakı addımlar Şərqi Ukraynadakı hadisələrin tələbi üzərinə atılacaq», deyə bildirmişlər.